Accessibility links

Həmid Karzay: "Özəl təhlükəsizlik şirkətləri 4 ay ərzində Əfqanıstandan çıxmalıdır"


Prezident Karzay deyib ki, şirkətlər paralel təhlükəsizlik strukturu yaradaraq əfqan təhlükəsizlik qüvvələrinin işini şübhə altına alır

Əfqanıstan prezidenti Həmid Karzay Əfqanıstandakı özəl təhlükəsizlik şirkətlərinin fəaliyyətinə 4 ay ərzində son qoyan qərar qəbul edib. Qərar silahlardan və digər hərbi ləvazimatlardan yalnış istifadənin qarşısını almaq məqsədi daşıyır. Ölkədə fəaliyyət göstərən 50 yerli və beynəlxalq təhlükəsizlik şirkətində çalışan 40 minə yaxın adam rəsmiləri, əsgərləri və təchizat karvanlarını mühafizə edir. Prezident Karzay deyib ki, şirkətlər paralel təhlükəsizlik strukturu yaradaraq əfqan təhlükəsizlik qüvvələrinin işini şübhə altına alır. Qərarda deyilir ki, münasib sayılsalar özəl kontraktorlar əfqan polisinə qoşula bilər. ABŞ rəsmiləri 4 aylıq müddətin qısa olduğunu bildirib.

XS
SM
MD
LG