Accessibility links

Əfqan və NATO qüvvələrinə edilən bomba hücumu zamanı 7 polis işçisi həlak olub


Partlayş zamanı 6 polis zabitinin və 5 mülki vətəndaşın da yaralandığı

Əfqanıstan rəsmiləri ölkənin şimalında əfqan ordusu və NATO qüvvələrinə edilən intiharçı bomba hücumu zamanı 7 polis işçisinin həlak olduğunu bildirirlər. Ölkənin Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, intiharçı partlayıcı maddə ilə dolu maşını İmam Sahib mahalının Qunduz vilayətində polis konvoyunun yerləşdiyi məntəqəyə sürmüşdür. Partlayş zamanı 6 polis zabitinin və beş mülki vətəndaşın da yaralandığı deyilir. NATO koalisiya qüvvələri hərbçilər arasında yaralananlar olduğunu desə də, onların sayı barədə məlumat verməyib. Associated Press-in məlumatında hücumun məsuliyyətinin Talibanın öz üzərinə götürdüyü deyilir.

XS
SM
MD
LG