Accessibility links

Əfqanıstan lideri müharibə haqda sənədlərin açılmasını pisləyir


Əfqanıstan lideri müharibə haqda sənədlərin açılmasını pisləyir
Əfqanıstan lideri müharibə haqda sənədlərin açılmasını pisləyir

Əfqanıstan prezidenti Həmid Karzay məxfi ABŞ hərbi sənədlərinin açıqlanmasını pisləyərək bunun ölkədə byenəlxalq qüvvələrə yardım göstərmiş insanların həyatlarını təhlükə qarşısına qoyacağını bildirib. Kabildə çıxış edən cənab Karzay açıqlanmanı “məsuliyyətsiz” və “şokedici” adlandırıb, və əlavə edib ki, informasiya ötürənlərin həyatları indi risk qarşısındadır. Əfqan müharibəsinə dair məxfi sənədlər bazar günü Wikileaks vebsaytında ictimaiyyətə açıqlanıb. Saytın təsisçisi Culian Assance deyib ki, qrup adları çəkilən informatorları sənədlərdə yoxlayıb və 15 mindən artıq sənəd açıqlamayıb.

XS
SM
MD
LG