Accessibility links

Hikmət Hacıyev: İkitərəfli münasibətləri təqib və ictimai müzakirə obyektinə çevirmək olmaz [Video-müsahibə]


Hikmət Hacıyev: İkitərəfli münasibətləri təqib və ictimai müzakirə obyektinə çevirmək olmaz
please wait

No media source currently available

0:00 0:07:43 0:00

XİN mətbuat xidmətinin rəhbəri Amerkanın Səsinə müsahibəsində Azərbaycan-ABŞ əlaqələrindəki narahatlıqlardan danışıb

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycan-Amerika münasibətləri, bu münasibətlərdəki narahatedici məqamlar və vəziyyətdən çıxış yollarından danışıb.

Amerikanın Səsi: Rəsmi Vaşinqton Azərbaycanda insan haqlarının pozulması, media azadlığının məhdudlaşdırılması, əsassız həbslərlə bağlı bəyanatlar yayır. Azərbaycan isə bu iddiaları kəskin şəkildə rədd edir. İki ölkə arasında demokratiya və insan hüquqları sahəsində razılığın orta xəttini necə görürsünüz?

Azərbaycanda hər hansı bir həbs həyata keçirilirsə bu, ilk növbədə Cinayət Məcəlləsi əsasında həyata keçirilir və hər bir hərəkətin arxasında konkret cinayət əməli və cinayət tərkibi vardır. Heç kim siyasi fəaliyyətinə, siyasi baxışlarına və siyasi mənsubiyyətinə görə təqib olunmur.

Hikmət Hacıyev: Azərbaycan Respublikasında qanunun aliliyi tam təmin edilib və media tam şəkildə fəaliyyət göstərir, fundamental hüquq və azadlıqlar da tam şəkildə təsbit olunub. Bunlar ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın həyata keçirdiyi əməkdaşlıq, eyni zamanda beynəlxalq öhdəliklər vasitəsi ilə tənzimlənir. İkitərəfli münasibətlərdə və dövlətlərarası təmaslarda bilavasitə ikitərəfli əməkdaşlığın tənqid obyektinə çevrilməsi və birtərəfli qaydada hər hansı iradın irəli sürülməsi kimi mövqelərdən çıxış edilməsi bir qədər qəbuledilməz bir yanaşmadır. Azərbaycanda hər hansı bir həbs həyata keçirilirsə bu, ilk növbədə Cinayət Məcəlləsi əsasında həyata keçirilir və hər bir hərəkətin arxasında konkret cinayət əməli və cinayət tərkibi vardır. Heç kim siyasi fəaliyyətinə, siyasi baxışlarına və siyasi mənsubiyyətinə görə təqib olunmur. Hamı öz prinsipial fəaliyyətini davam etdirir. Yenə də fikrimizi təkrar edərək qeyd edə bilərik ki, hər hansı həbs halı varsa bunun arxasında konkret cinayət əməli durur. Ona görə də bu məsələlərin ümumi ictimai müzakirə obyektinə çevirilməsi və Azərbaycanın tənqid atəşinə tutulması və ictimai müzakirə obyektinə çıxarılması bir qədər qəbul edilən yanaşma deyildir.

Amerikanın Səsi: Bəs orta xətt haradan keçir?

Ona görə də ikitərəfli münasibətlər bilavasitə hər hansı bir dövləti təqib obyektinə çevirmək və bu təqibi də ictimai müzakirənin bilavasitə obyektinə çevirmək xarakteri daşımamalıdır.

Hikmət Hacıyev: Azərbaycan öz dövlətlərarası, ikitərəfli münasibətlərində təkcə qanunun aliliyinə hörmət, yəni təkcə dövlət daxilində qanunun aliliyindən söhbət getmir, - dövlətlərarası münasibətlərdə də qanunun aliliyinə hörmət və beynəlxalq hüquqa hörmət əsasında, daxili işlərə qarışmamaq, bərabər hüquqluluq prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır. Ona görə də ikitərəfli münasibətlər bilavasitə hər hansı bir dövləti təqib obyektinə çevirmək və bu təqibi də ictimai müzakirənin bilavasitə obyektinə çevirmək xarakteri daşımamalıdır. Hər şey konkret və dialoq əsnasında və əməkdaşlıq formatında müzakirə olunmalıdır. Məhz Azərbaycan bu cür yanaşmanın, bu cür ikitərəfli münasibətlərin tərəfdarıdır.

Amerikanın Səsi: Son zamanlar Azərbaycanın rəsmi şəxsləri, o cümlədən rəsmi mediası ABŞ prezidentinə, dövlət katibinə qarşı Azərbaycanda qeyri-stabillik yaratmaq, daxili işlərə qarışmaq, anti-Azərbaycan siyasəti aparmaq və başqa sərt ittihamlar irəli sürməkdədir. Azərbaycan - ABŞ münasibətlərində uzlaşmayan məqamlar nədir? Bunu necə aradan qaldırmaq olar? Qeyd edim ki, Azərbaycan xarici işlər naziri də belə bir bəyanatla çıxış edib.

Bunu anti-Azərbaycan kampaniyası da adlandırmaq olar. Bu kampaniyanın həyata keçirilməsində biz “Soyuq müharibə” dövrünə xas olan bir sıra propaqanda elementlərini də görmüş olarıq.

Hikmət Hacıyev: Təəssüflər olsun ki, bir sıra dairələrdə hiss olunur ki, Azərabycana qarşı əlaqələndirilmiş formada və mərkəzləşmiş qaydada bir kampaniya aparılır. Bunu anti-Azərbaycan kampaniyası da adlandırmaq olar. Bu kampaniyanın həyata keçirilməsində biz “Soyuq müharibə” dövrünə xas olan bir sıra propaqanda elementlərini də görmüş olarıq. Hətta, Qərb mətbuatına müraciət etsək bunu psixoloji müharibə də adlandırırlar. Bunun bir sıra elementlərinin əlaqələndirilmiş, orkestr olunmuş formada Azərbaycana qarşı həyata keçirilməsinin şahidi oluruq. Əgər bu mövzuda tam açıq və səmimi bir müzakirə aparsaq narahatlıq doğuran məqam ondan ibarətdir ki, bu fəaliyyətin həyata keçirilməsində bir sıra ABŞ-da fəaliyyət göstərən və ABŞ dövlət büdcəsi ilə maliyyələşən, ABŞ dövlət təşkilatı ilə əlaqədar

Hikmət Hacıyev
Hikmət Hacıyev

olan qeyri hökimət təşkilatlarının (QHT) adları hallanır. Bu QHT-lər də müəyyən mənada özlərini QHT adlandırsa da, maliyyə mənbələri, fəaliyyət prinsipləri bilavasitə onları QHT adlandırmağa imkan vermir. Hesab edirik ki, narahatlığın mənbəyi bu istiqamətlərdə axtarılmalıdır. Xarici işlər naziri Elmar Məmmədyarovun da mətbuata verdiyi açıqlamasında qeyd olunub ki, məhz Azərbaycanın gözləntisi də bundan ibarətdir ki, ABŞ dövlət büdcəsindən maliyyələşən təşkilatların anti-Azərbaycan fəaliyyətinə aydınlıq gətirilsin.

Amerikanın Səsi: Rusiya rəsmiləri qərbin Azərbaycanda güclənməsinin əleyhinədir və bunu açıq bəyan edirlər. Bəzi ekspertlər Azərbaycanın anti-qərb, anti-Amerika bəyanatlarını Rusiyadakı narahatlıqları azaltmaq üçün bir diplomatik metod olduğunu iddia edir? Sizin fikriniz?

Azərbaycanla Rusiya qonşu dövlətlərdir və ölkələrimiz arasında tarixi bağlantılar vardır.

Hikmət Hacıyev: Azərbaycan öz ikitərəfli münasibətlərini məhz ikitərəfli münasibətlərin fəlsəfəsinə, məntiqinə və onun xarakterinə uyğun olaraq həyata keçirir. Yəni bu, o deməkdir ki, hər hansı bir dövlətlə bizim ikitərəfli əlaqələrimiz digər dövlətə qarşı heç bir halda əks xarakter daşıya bilməz. Azərbaycanla Rusiya qonşu dövlətlərdir və ölkələrimiz arasında tarixi bağlantılar vardır. Bu 200 ildən artıq dövrü əhatə edir. Obyektiv olaraq da Azərbaycan bütün qonşu dövlətləri ilə, - yəni Ermənistan xaric, bu da Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə əlaqədardır, - qarşılıqlı anlaşma, dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında öz əlaqələrini həyata keçirir. Bu əsnada da Rusiya ilə Azərbaycan arasında münasibətlər qurulub. Ümumiyyətlə Azərbaycanın xarici siyasətinin özəlliyi və məharəti ondan ibarıtdir ki, biz tamamilə əks qütblərdə olan dövlərlə iş birliyi qurmağa nail olmuşuq. Bu da, yenə də Azərbaycanın xarci siyasətinin şəffaflığından, açıqlığından və obyektiv prinsiplər əsasında həyata keçirilməsindən irəli gəlir. Yəni burada da hər hansı bir dövlətlə əməkdaşlığımız digər dövlətə qarşı heç bir halda əks xarakter daşıya bilməz.

Amerikanın Səsi: Azərbaycan Amerikanı ermənipərəstlikdə, erməni lobbisinin diqtəsi ilə işləməkdə günahlandırır. Amma, Rusiya, Almaniya, Fransadan fərqli olaraq böyük erməni icmasının olduğu ABŞ-ın prezidenti “genosid” sözünü belə işlətmədi. Belə olan halda Azərbaycan rəsmilərinin bəyanatlarındakı məntiq haradan qaynaqlanır?

ABŞ-ın dövlət strukturları ilə əlaqəsi olan və dövlər büdcəsi hesabına maliyyələşən QHT-lər vardır ki, onların anti-Azərbaycan fəaliyəti hiss olunur və bu Azərbaycanın obyektiv narahatlığına səbəb olur.

Hikmət Hacıyev: Məsələlərə Amerika-Azərbaycan münasibətləri kontekstindən baxmaq lazımıdr. Obyektiv olaraq Azərbaycanın da ABŞ-dan bir sıra gözləntiləri var. Bu gözləntilər bayaq qeyd etdiyimiz kimi, yəni bir sıra ABŞ-ın dövlət strukturları ilə əlaqəsi olan və dövlər büdcəsi hesabına maliyyələşən QHT-lər vardır ki, onların anti-Azərbaycan fəaliyyəti hiss olunur və bu Azərbaycanın obyektiv narahatlığına səbəb olur. Digər məsələ, ümumiyyətlə biz Azərbaycan-Amerika əlaqələrinin tarixinə, inkişaf dinamikasına baxsaq çöx müsbət bir haldır ki, 90-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində ABŞ-ın böyük dəstəyi olub və Azərbaycan tərəfindən bu daha yüksək qiymətləndirilir. Enerji layihələrinin həyata keçirilməsində biz ABŞ-ın dəstəyini hiss etmişik. Həmin dövrü xarakterizə edən Klinton hökumətinin maraqlı bir tezisi var idi. Bu tezis də ilk növbədə əməkdaşlığa əsaslanan bir tezis idi. Yəni, ortaq gündəliyin əməkdaşlıq kontekstində həyata keçirilməsinə yönəlmiş bir proqram idi.

Azərbaycan da hesab edir ki, dövlətlərarası münasibətlər məhz bu əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır. Konstruktiv dialoqa əsaslanmalıdır. Nəinki dövlətlərarası münasibətlər, o cümlədən, dövlətin daxili işinin ictimai müzakirə obyektinə çevrilməsinə.

Azərbaycan da hesab edir ki, dövlətlərarası münasibətlər məhz bu əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır. Konstruktiv dialoqa əsaslnamalıdır. Nəinki dövlətlərarası münasibətlər, o cümlədən dövlətin daxili işinin ictimai müzakirə obyektinə çevrilməsinə. Yəni bu əsnada, hesab edirik ki, Azərbaycanla ABŞ arasında əvvəlki administrasiyaların vaxtında çox müsbət bir inkişafa yönəlik əməkdaşlıq formatı formalaşmışdı. Onu da qeyd edək ki, Azərbaycan xalqının da malik olduğu çox nəcib xüsusiyyətlərdən biridir ki, hər zaman göstərilən yaxşılığı çox yüksək qiymətləndirir və onun müqabilində də adekvat cavab verməyə çalışır.

ABŞ-Azərbaycan əlaqələrinin tarixinə baxsaq Azərbaycan da öz fəaliyyəti ilə ABŞ-ın missiyalarına dəstək verməyə çalışıb. Bu ilk növbədə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın öz hava məkanını açıq elan etməsidir. Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən dövlət olmuşdur ki, belə açıq bəyanatla çıxış etmişdi. Yəni Əfqanıstan missiyasında Azərbaycanın dəstəyi, bundan əlavə İraqı göstərə bilərik. Qlobal enerji və terrorizmə qarşı mübarizə və sairə kimi, bu əməkdaşlığın böyük bir spektri var. Yəni bu, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan bir mexanizmi idi. Əvvəlki administrasiyalar dövründə bu dinamik bir surətdə inkişaf etmişdi. Hazırda isə təəssüflər olsun ki, biz bir sıra QHT-lərin fəaliyyətində ifadə olunacaq bir formada görə bilərik ki, bəzi şəxslər bəlkə də Azərbaycan-ABŞ əməkdaşlığının bu dərəcədə inkişafına maraqlı deyillər və onlar əvvəlki illər ərzində əlaqələrin inkişafında əldə olunmuş nailiyyətlərə bir zərbə vurmağa çalışırlar. Bu narahatedici məqamdır. O cümlədən, qondarma erməni soyqırımı məsələsinə gəldikdə isə ABŞ-ın bu məsələdə öz siyasəti vardır və burada Türkiyə-ABŞ münasibətləri də nəzərə alınmalıdır. ABŞ-ın Yaxın Şərq siyasəti, ümumiyyətlə qlobal siyasəti və bu siyasətdə Türkiyənin rolu və sairə kimi məqamlar vardır. “Erməni soyqırımı” məsələsinə gəldikdə, hər hansı dövlətin buna münasibət bildirməsindən asılı olmayaraq Azərbaycanın öz mövqeyi vardır. Biz dəfələrlə qeyd etmişik ki, tarixin saxtalaşdırılması və təhrif edilməsi qəbuledilməz bir yanaşmadır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır, siyasi möhtəkirlik obyektinə çevirilməməlidir. “Erməni soyqırımı”nın beynəlxalq ictimaiyyət çərçivəsində Ermənistan tərəfindən təbliğ olunmasında biz bilavasitə bu cür yanaşmanı görürük.

Amerikanın Səsi: ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Azərbaycan və ABŞ əlaqələrinin inkişafı, o cümlədən demokratiya, azad media və vətəndaş cəmiyyəti ilə bağlı dialoqu gücləndirmək üçün ikitərəfli qurum yaradılması barədə razılıq əldə edildiyini bildirib. Bu qurum nə vaxt elan ediləcək? Yaradılacaq qurum mövcud problemləri aradan qaldıra bilərmi?

Ümumiyyətlə Azərbaycan Respublikası bu məsələnin, yəni insan hüquqları məsələsinin və xüsusilə də Azərbaycanın öz daxili işinin bilavasitə ikitərəfli münasibətlərin müzakirə obyektinə çevrilməsinin tərəfdarı deyil.

Hikmət Hacıyev: ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın Azərbaycana səfəri zamanı bu məqam müzakirə olundu. Ümumiyyətlə Azərbaycan Respublikası bu məsələnin, yəni insan hüquqları məsələsinin və xüsusilə də Azərbaycanın öz daxili işinin bilavasitə ikitərəfli münasibətlərin müzakirə obyektinə çevrilməsinin tərəfdarı deyil. Çünki, Azərbaycan Respublikasının heç bir dövlər qarşısında hər hansı bir öhdəliyi yoxdur. Azərbaycanda insan hüquqlarının müdafiəsi ilk növbədə Azərbaycanın hökumətinin diqqətində olan məsələdir. İnsan hüquqlarının və fundamental azadlıqların təmin edilməsi ilk növbədə Azərbaycan vətəndaşlarının mənafeyi naminə edilir. Azərbaycan Respublikasının bu məsələdə bilavasitə müqavilələr və konvensiyalar əsasında formalaşamış sənədlər çərçivəsində, mexanizmlər çərçivəsində digər dövlətlər kimi öhdəliyi vardır. Azərbaycan öhdəliklərinə sadiqdir və bu çərçivədə də əməkdaşlığı davam etdirir. Burada BMT-nin İnsan Hüquqları Şurasını qeyd edə bilərik. Məsələnin dövrü əsasda, Azərbaycanda insan hüquqları ilə əlaqədar vəziyyətin daha da təkmilləşdirilməsi istiqamətində gördüyü tədbirlər barədə, eyni zamanda Avropa Şurasında Azərbaycanın fəaliyyətini qeyd edə bilərik. Yəni insan hüquqları məsələsinin, xüsusilə də Azərbaycanda olan bu, daxili insan hüquqları məsələsinin ikitərəfli dövlətlərarası müzakirə obyektinə çevrilməsi bir o qədər də məqbul bir müzakirə obyekti deyil.

Təəssüflər olsun ki, son illər ərzində biz ABŞ-ın yüksək səviyyədə rəsmilərinin çox məhdud sayda Azərbaycana səfərini görə bilərik.

Yenə də məsələyə ABŞ-Azərbaycan məsələləri kontekstindən baxsaq, əvvəlki ABŞ administrasiyalarının Azərbaycanla əməkdaşlığına baxsaq, burada xarakterik xüsusiyyətlərdən biri yüksək səviyyəli qarşılıqlı səfərlərin intensiv xarakter almasıdır. Dövlətlərarası münasibətlərdə bu cür səfərlər əsnasında isə narahatlıq doğuracaq məsələlər açıq bir şəkildə, dialoq formatında müzakirə edilməlidir. Təəssüflər olsun ki, son illər ərzində biz ABŞ-ın yüksək səviyyədə rəsmilərinin çox məhdud sayda Azərbaycana səfərini görə bilərik. Ancaq, Azərbaycanda hər hansı ən xırda bir hala münasibətdə ABŞ tərəfindən ən yüksək rəsmi səviyyədə münasibətləri görürük. Bəlkə də bu da ABŞ tərəfindən düşünülməli olan bir addımlardır. Hesab edirik ki, bunun ətrafında da bir fikir yürüdülməlidir. Bir də Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının ABŞ-dan çox ciddi gözləntiləri var. Bui da, ilk növbədə ondan ibarətdir ki, əgər biz insan hüquqlarının qorunmasından, həqiqətən ədalətdən danşırıqsa, ABŞ-da iddia edirsə ki, Amerikanın təməlində, onun ölkədaxili, ölkəxarici siyasətində həqiqətən bu təməllər, bu dəyərlər dayanmışsa, onda bir milyondan artıq, yəni kütləvi şəkildə Azərbaycan vətəndaşlarının hüquqlarının pozulub. Bir milyondan artıq insanın Ümumdünya İnsan Hüquqları bəyannaməsində nəzərdə tutulmuş hüquqları kobud şəkildə Ermənistan tərəfindən pozulub. Bu hüquqların bərpası istiqamətində konkret addımların atılmasının bilavasitə şahidi olmuruq. İkinci, Azərbaycan üçün çox ağrılı olan məsələ Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. Beynəlxalq münasibətlərdə biz, dəfələrlə şahidi olmuşuq, son olaraq Balkanların təcrübəsini göstərə bilərik, ABŞ-ın töhfəsi və bilavasitə iştirakı ilə bu münaqişələr həll olunub, dövlətlərin ərazi bütövlüyü, suverenliyi təsbit olunub. Amma, təəssülər olsun ki, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində biz bu münaqişənin həllini görmürük. Azərbaycan xalqı ilk növbədə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində bu həlli gözləyir. Bu əsnada da ABŞ-dan obyektiv olaraq gözlıntilərimiz var. Bunun tezliklə reallaşmasına çox böyük ümid edirik.

XS
SM
MD
LG