Bütün dünyada ümumilikdə 220-dən çox journalist hökümətlərin bəyənmədiyi və istəmədiyi informasiya və xəbərləri yaydığı üçün həbs olunublar. Bu informasiyaya korrupsiyası halları, siyasi çevrilişlər və demokratiya yönümlü nümayişlər daxildir. Mayın 3-ü Dünya Mətbuat Azadlığı günündən etibarən diqqəti həbsdə olan jurnalistlərə yönəltmək və onları azadlığa çıxarmağa çalışmaq məqsədilə bilərziklər satılacaq. Qandalsız Mətbuat adlı bu təşəbbüs özəl ABŞ təşkilatı olan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) tərəfindən maliyyələşdirilir. Ancaq ilkin ideya Merilend Universitetinin jurnalistika tələbələrinə aiddir.
Bu jurnalistlərin əksəriyyəti höküməti tənqid etdikləri, hakimiyyətdə olanların qanun pozuntuları haqda yazıları və hətta sadəcə ölkədə baş verənlərlə bağlı məlumat yaydıqları üçün həbsdədirlər
Məlumat şəffaflığının əhəmiyyətinin nişanəsi olaraq bilərziklərin üzərində həbsdə olan doqquz jurnalistin adı həkk olunub. Onların sırasına Çində yaşayan uyğur iqtisadçı və yazıçı İlham Toti, Svazilendli jurnal redaktoru Beki Makubu və Misirli fotoqraf Mahmud Abu Zeid daxildir.
Digər jusranlistlər isə Azərbaycan, İran, Özbəyistan, Efiopiya, Vyetnam və Bəhreyndəndir.
Washington Post-un Pulitzer mükafatı almış müxbiri, Merilen Universitetinin jurnalistika professoru Dana Priest ideyanın onun tələbələrinə aid olduğunu deyir.
“Biz düşündük ki, bilərziklərin üzərində jurnalistin və ölkəsinin adı olmalıdır. İnsanlar bədənlərində bu jurnalistlərin adlarını daşıyacaqlar və onların harda həbsdə olduqlarını unutmayacaqlar.”
Kampaniyanın direktoru Leyla Sasevik deyir ki, həbsdə olan jurnalistlərə çox vaxt zülm və işgəncə edirlər.
“Mən insanların bu barədə danışmasını və insanları məsələ ilə bağlı maarifləndirməsini istəyirəm.”
Onlayn satılan bilərziklərin qiyməti 10 dollardır (http://store.ire.org/products/press-uncuffed-bracelets-benefitting-cpj). Satışdan əldə olunan gəlirin hamısı ağır vəziyyətdə olan jurnalistlrərə kömək edən fövqəladə yardım fonduna veriləcək.
Jurnalistləri Müdafiə Komitəsinin hüquqların müdafiəsi direktoru Kortni Radc adları bilərziklərə həkk olunan jurnalistlərin əksəriyyətinin dövlət əleyhinə ittihamlarla həbs olunduğunu deyir.
“Bu jurnalistlərin əksəriyyəti höküməti tənqid etdikləri, hakimiyyətdə olanların qanun pozuntuları haqda yazıları və hətta sadəcə ölkədə baş verənlərlə bağlı məlumat yaydıqları üçün həbsdədirlər.”
Biz düşündük ki, bilərziklərin üzərində jurnalistin və ölkəsinin adı olmalıdır. İnsanlar bədənlərində bu jurnalistlərin adlarını daşıyacaqlar və onların harda həbsdə olduqlarını unutmayacaqlar
Dana Priest deyir ki, buna onlayn materiallar da daxildir, çünki hökümət artıq internetdə olan məqalə və digər məlumatları diqqətlə gözdən keçirir.
“Daha sonra onlar o, məlumatdan sosial media jurnalistlərinə, blogerlərə və vətəndaş jurnalistlərinə qarşı sui-istifadə edirlər ki, onların fəaliyyətlərinin qarşısını alsınlar, onları həbs etsiblər, sürgün etsinlər və onları hədələsinlər. Bu Efiopiya, Vyetnam, Mərkəzi Amerika və əlbətdə ki, Çin kimi yerlərdə baş verir”.
Xanım Priest son on ildə həbs olunan jurnalistlərin sayının artdığını deyir. Onların ən çoxu Çin və İrandadır.
“Onlar təkcə həbs olunmurlar, həm də öldürülürlər.”
O ümid edir ki, bu kampaniya həbsdəki jurnalistlərin azad olunması üçün hökümətlərə təzyiqi artıracaq.