Accessibility links

Haray: İrandakı Azərbaycan tarixi abidələri


Aytəkin İmranova, Tarix, mədəni və təbii irsi qoruma QHT-lərinin ictimai nəzarət komitəsinin əlaqələndiricisi
Aytəkin İmranova, Tarix, mədəni və təbii irsi qoruma QHT-lərinin ictimai nəzarət komitəsinin əlaqələndiricisi

Haray proqramının bugünkü buraxılışını İranda olan Azərbaycan abidələrinin durumuna həsr etmişik. Tarix, mədəni və təbii irsi qoruma QHT-lərinin ictimai nəzarət komitəsinin əlaqələndiricisi Aytəkin İmranovanın sözlərinə görə, İranda tarixi abidələrə ikili münasibət var. Onunla söhbəti sizə təqdim edirik


Sual:
İranda olan Azərbaycan abidələrinin bugünkü durumu necədir?

Cavab: Abidələrin böyük qismi oradadır. Amma necə ki, şimal tərəfdə abidələr az öyrənilmişdirsə, eləcə də cənub ərazisində az öyrənilib. Bu mədəniyyət necə ki, Sovet dövlətinə yad idi, eləcə də cənubda eyni münasibət var idi. Bir dəfə Təbrizdə tarixi şəhərlər üzrə beynəlxalq konfrans keçirilməli idi. Biz ora gedəndə bəlli oldu ki, məkan Tehrana dəyişdirilib. Sonra konfrans heç Tehranda da keçirilmədi. Hələ o vaxtdan söhbət gedir ki, Təbrizin məhəllələri sökülür, yeni binalar tikilir və s. Təbii ki, necə burada, eləcə də orada, bu layihələr həyata keçirilmir, əksinə həmin yerlər dağıdılır. Burada ikili münasibət var. İranda, tarixi Azərbaycan ərazilərində olan abidələrə başqa bir münasibətdir, tarixi fars ərazilərində olan İsfahan, Şiraz və s. şəhərlərdə münasibət tamamilə başqadır. Yəni onlar öz mədəniyyətlərinə aid olan abidələri qoruyub-saxlayırlar, amma müxtəlif bəhanələrlə Azərbaycan ərazisində olan abidələr it-bata düşür.

Sual: Uzun müddətdir Təbrizdə Ərk Qalasının, Göy Məscidin yenidən bərpa işləri aparılır. Hətta Göy Məscidin bərpa işləri, Ərk Qalasının bərpa işləri 10 illərdir uzanır. Buna səbəb nədir? Niyə bu bərpa işləri başa çatmır?

Cavab: Mən ətraflı məlumata malik deyiləm, ancaq belə böyük layihələr üçün elə də uzun müddət deyil. Əgər normal, elmi qaydada bərpa olsa, bu, uzun müddət deyil. Bəzən kiçik bir qəsrin də bərpası 5-10 il vaxt alır. İranda da, Azərbaycanda da o vaxt Tarixi Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Üzrə Komitə var idi. Sonradan nədənsə, o komitə ləğv olundu və komitənin funksiyaları müxtəlif təşkilatlara verildi.

Sual: Azərbaycan Respublikasında İranda olan Azərbaycan mədəniyyət tarix abidələri haqqında kifayət qədər məlumat varmı yaxud kotoloqlaşdırma aparılıbmı?

Cavab: Azərbaycanda elə bir kotoloq yoxdur. Ümumilikdə siyasi sərhəddən asılı olmayaraq, Azərbaycan ərazilərində olan abidələr barədə Cəfər Qiyasi, Şamil Fətullayev və başqalarının memarlıq tarixi üzrə kitablarında məlumatlar verilir. Ancaq bir reyestr, kolotoq, siyahı kimi mənə bəlli deyil. Heç Azərbaycan Respublikası ərazisindəki abidələrin siyahısı Mədəniyyət Nazirliyi və heç kəsə bəlli deyil.

XS
SM
MD
LG