Accessibility links

Haray: Azərbaycan parlamentində İran azərbaycanlılarının problemləri


Qüdrət Həsənquliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri
Qüdrət Həsənquliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri

Haray proqramının bugünkü buraxılışını Azərbaycan parlamentinin İran Azərbaycanlılarının problemlərinə ayırdığı diqqərə həsr etmişik. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin sözlərinə görə, parlamentdə azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ayrıca bir komitə yaradılmalıdır. Onun söhbəti sizə təqdim edirik.

Sual: İranda yaşayan azərbaycanlıların problemlərinin həllində Azərbaycan parlamentinin rolunu necə görürsünüz? Ümumiyyətlə olubmu?

Cavab: Əlbəttə rolu olub. Ayrı-ayrı millət vəkilləri İrandakı azərbaycanlılarının hüquqlarının qorunması istiqamətində addımlar atırlar, fəaliyyət göstərirlər. Amma mən ümumən parlamentin bir qurum olaraq rolunun artırılmasının tərəfdarıyam. Hesab edirəm ki, bizdə dünya azərbaycanlılarının, xüsusilə Cənubi azərbaycanlıların hüquqlarının qorunması ilə əlaqədən olaraq ayrıca bir komitə yaradılmalıdır. Ümud edirəm yeni parlamentin tərkibində bu məsələlərə xüsusi diqqət yetirilməlidir. Biz bu gün İranın ərazi bütövlüyünü tanıyırıq, amma bu o demək deyil ki, biz orada öz doğma yurd-yuvalarında yaşayan 30 milyondan artıq azərbaycanlını tanımırıq. Hesab edirəm ki, Azərbaycan parlamenti bu məsələləri gündəmə gətirməlidir və diqqətdə saxlamalıdır.

Sual: Azərbaycan elektoratının nə qədəri, yəni neçə faizi cənubla bağlı problemləri diqqət mərkəzində saxlayır və seçkilərdə bunu bir prioritet kimi götürür?

Cavab: Bu məsələdə hər hansı bir sorğu keçirilməyib, amma əhval-ruhiyyədən bizi bunu deyə bilərik. Yaxşı olardı ki bu istiqamətdə bir sorğu keçirilsin. Bizim cəmiyyəti bu məsələyə çox həssas yanaşır. Hətta president seçkilərində mən məsələ qoymuşdum ki, bizim respublikamızın adı Şimali Azərbaycan Resublikası qoyulmalıdır. İkincisi mən hesab edirəm ki, biz bu gün İranla viza rejimini aradan qaldırmalıyıq. İmkan verməliyik ki, 30 milyon azərbaycanlı öz dövlətlərinə sərbəst gəlib gedə bilsinlər. Biz həm də farslarla sıx təmasda olmaqla biz sivil qaydada azərbaycanlıların öz hüquqlarını əldə etməsinə nail ola bilərik. Farsla düşmən gözü ilə baxmaqla biz buna nail ola bilməyəcəyik.

Sual: Azərbaycanda çoxsaylı qyeri-hökumət təşkilatları var ki, İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə edir və hökumət qarşısında, partlament qarşısında dəfələrlə məsələlər qaldırıb. Amma parlament nədənsə bu məsələlərə biganə yanaşıb və müzakirələrə çıxarmayıb. Səbəb nədir?

Cavab: Bizim Ermənistanla çox böyük problemimiz var. 20 faiz torpaqlarımız işğal altındadır. İran bir dövlət olaraq Ermənistana yardım eləyir. Mən şəxsən Azərbaycan hökumətini çalışıram başa düşməyə ki, iqtidar İran-Azərbaycan münasibətlərini gərginləşdirə bilmə ehtimalına görə bu məsələləri qaldırmaqdan çəkinir. Amma mən şəxsən hesab edirəm ki, hətta ən yaxın dostunla, qardaşınla da problemləri həll etmək üçün susmağa yox, açıq danışmağa üstünlük vermək lazımdır. Ona görə də mən parlamentimizin bu məsələrə münasibətini qeyri-qənaət bəxş sayıram. Səbəbini bilirəm. Dünya Azərbaycanlılarının qurultayında İlham Əliyev “Mən 50 milyonluq azərbaycanlıların prezidentiyəm” deyəndə, bu İran tərəfindən kəskin etirazlara səbəb oldu. Amma mən hesab edirəm ki, zaman-zaman bu tipli açıqlamalar verilməlidir.

Sual: Amma Azərbaycan BMT-də İranla bağlı məsələ yəni dillərlə bağlı məsələdə İranı dəstəklədi. Necə qiymətləndirirsiniz?

Cavab: Dərindən təəssüf edirəm. Azərbaycan hökuməti cəsarətli olmalıdır. Burada söhbət İranın ərazi bütövlüyündən getmirdi ki, Azərbaycan ondan çəkinsin.

XS
SM
MD
LG