Accessibility links

Haray: İranda Azərbaycan mətbuatının durumu


Məhəmməd Rza Ləvai, yazıçı
Məhəmməd Rza Ləvai, yazıçı

Haray proqramının bugünkü buraxılışını İranda Azərbaycan mətbuatının durumuna həsr etmişik. Yazıçı Məhəmməd Rza Ləvainin sözlərinə görə, Azərbycan mətbuatının 135 ili tamam olduğu bir zaman İranda Azərbaycan mətbuatı yoxdur. O, İranda bütün mətbuatın hakimiyyətə məxsus olduğunu bildirir. Cənab Ləvai ilə müsahibəni sizə təqdim edirik.


Sual: Bu günlərdə Azərbaycan mətbuatının 135 ili tamam oldu. İranda Azərbaycan mətbuatçılığının bugünkü durumu necədir?

Cavab: İranda Azərbaycan mətbuatı yoxdur. Çünki bütün mətbuat hakimiyyət tərəfindən bağlanıbdır və bütün mətbuat hakimiyyətin nəzarətindədir. Hamısı farscadır, türkcə çıxanlar da hakimiyyətin mövqeyindən çıxış edirlər. İttilaat mətbuatı əlinə keçirib. İndi ümumiyyətlə bütün İranda mətbuat oxunmur. Çünki müxalif mətbuata yer yoxdur.


Sual: İranda yaşayan azərbaycanlıların problemləri İran mətbuatında necə işıqlandırılır?

Cavab: Təəssüf ki, İran mətbuatında işıqlandırılmır. Yalnız son zamanlar Azərbaycan hərəkatını özünə qatmaq istəyən Yaşıl hərəkat öz mətbuatında bu mövzulara toxunsa da, bu alınmır. Çünki, onlar da bir qırmızı sərhəd var. Azərbaycanın dili, istəkləri, mədəniyyəti haqqında orada söhbət getmir. Mətbuatın olmaması azərbaycanlıları başqa etiraz üsullarından istifadə etməyə vadar edir ki, hazırda da bu Traktor komandasına azərkeşliklə edilir.


Sual: Amma bununla yanaşı, ötən əsrin əvvəllərində İranda Məmməd Əmin Rəsulzadə qəzet nəşr edib, eyni zamanda Cəlil Məmmədquluzadə Molla Nəsrəddini Təbrizdə nəşr edib. Belə mətbuat nümunələri də var. Bu mətbuat nümunələri bu gün İrandakı azərbaycanlıların mətbuatı üçün bir işıq deyilmi?

Cavab: İranda mətbuatı azərbaycanlılar başladıb, yəni Təbrizdən başlanıb. O zaman Molla Nəsrəddində ifadə edilən düşüncələr hələ indi İranda başlamaq istəyir. Əsrlər ötüb və indi İranda dini istibdad gəlib. Eyni zamanda burada milli istibdad da var. O zamanlarda mətbuat Təbrizdə başlayıb burden İranın başqa hissələrinə yayılıb. Hətta Pişəvəri dövründə də Azərbaycanda mətbuat güclü idi, onun özü də yazırdı.


Sual: İranda milli və dini ideologiyadan bəhs etdiniz. İran mətbuatında, həm də elektron mətbuatda milli və dini ideologiya arasındakı mübarizəni necə qiymətləndirərdiniz?

Cavab: Ən önəmlisi budur ki, istibdadla döyüşürük. Hazırda İranda dini qat ən üstün qatdır. Sonra milli qatdır. Biz istibdadın bütövlüyü ilə mübarizə aparırıq. İranın hazırda dünya mətbuatında yeri çox aşağıdır.


Sual: Azərbaycan Respublikasının mətbuatının və eyni zamanda Qərb mətbuatının İranda mətbuat azadlığına təsiri varmı?

Cavab: Dünya o qədər şəffafdır ki, elektron mətbuat indi yazılı mətbuatı sıxışdırıb çıxarır. Hazırda İran Səddam Hüseynin dövrünü təcrübədən keçirir. Xameneyi özünü Vilayəti fəqih, imami zaman bilir. Bizim etirazlarımız, yazılarımız isə milləti oyadır. İnsanlarda oyanış düşüncəsi var. Xalq internet vasitəsilə elektron qəzetləri oxuyur. Mən orada olanda qəzet çıxardırdıq. 60 min tirajla Şəmsi Təbriz qəzeti buraxırdıq. Onlar bu tirajdan dəhşətə gəldilər. Bunu birdəfəlik yığışdırdılar. Qoymadılar nəşr davam olunsun. Çünki gördülər xalq qəzeti alır və oxuyur.

XS
SM
MD
LG