Accessibility links

Hakkı Uyğur: Türkiyə Bayden administrasiyası və İran arasında aparılacaq müzakirələri dəstəkləyəcəkdir


Hakkı Uygur
Hakkı Uygur

Hakkı Uyğur deyir ki, İranın nüvə proqramından əlavə, balistik raket proqramı və regional siyasətlərini də ehtiva edən bir anlaşmanın ABŞ və İran arasında əldə edilməsi Türkiyəni də məmnun edər.

Hakkı Uyğur: Türkiyə Bayden administrasiyası və İran arasında aparılacaq müzakirələri dəstəkləyəcəkdir
please wait

No media source currently available

0:00 0:14:40 0:00

Ankarada fəaliyyət göstərən İran Araşdırmaları Mərkəzinin (İRAM) baş vəkili Haqqı Uyğur Amerikanın Səsi ilə söhbətdə Co Bayden administrasiyası altında İranla nüvə sazişinin taleyi və Türkiyənin bu məsələyə baxışını dəyərləndirib. O, həmçinin 2016-cı ildə təsis edilmiş İran Araşdırmaları Mərkəzinin fəaliyyətlərini şərh edib.

İranı doğru anlamaq təbii ki, Türkiyə üçün olduqca həyati önəm daşıyır. Çünki İranın reflekslərini doğru anlamadığınız, edəcəklərini kəsdirmədiyiniz zaman bir sıra problemlərlə qarşılaşa bilərsiniz.

“İRAM İranın daxili və xarici siyasətini, iqtisadiyyatını və təhlükəsizliyinin fərqli ölçüləri ilə birlikdə çalışan bir mərkəzdir. Mərkəzi Ankaradadır amma keçən ildən bəri İstanbulda da bir ofis açdıq. Fərqli universitetlərdən, fərqli ixtisaslardan və dəyişik ölkələrdən təqribən 35 araşdırmaçı bizimlə çalışır... Dərslərimiz, təlim fəaliyyətlərimiz və konfranslarımız var,” Uygur söyləyir.

Ekspert İran İslam Respublikasının reflekslərini anlamağın Türkiyə üçün olduqca önəmli olduğunu vurğulayır:

İranı doğru anlamaq Türkiyə üçün önəmli

“İran bölgənin müxtəlif ölkələrində effektiv bir ölkədir və İranı doğru anlamaq təbii ki, Türkiyə üçün olduqca həyati önəm daşıyır. Çünki İranın reflekslərini doğru anlamadığınız, edəcəklərini kəsdirmədiyiniz zaman bir sıra problemlərlə qarşılaşa bilərsiniz. Türkiyə üçün bunun ən bariz örnəyi İranın Suriya böhranındakı rolu idi. Suriya inqilabının iç savaşa dönməsi ilə birlikdə, Türkiyə ağır bir bədəl ödədi və hələ də ödəməyə davam edir. Bunda İranın oradakı müdaxiləsinin önəmli bir payı vardır.”

İranın iqtisadi durumunun Türkiyə üzərindəki təsirlərinə diqqət çəkən araşdırmaçı əlavə edir ki, “İrana sanksiya tətbiq edildiyi zaman bu Türkiyə şirkətlərinə də təsir edir. İranda sıradan bir vətəndaşın alım gücü düşdüyündə, yəni yoxsullaşdığında, Türkiyəyə gəlişi azalır. Türkiyə İranlı turistlərdən ciddi pul qazanır. Turizmə təsir edir. İranda fəaliyyət göstərən Türk şirkətlər təsirlənir və s. Ona görə, İranı anlamaq bizim üçün önəmlidir və İran Araşdırmaları Mərkəzinin də varlıq səbəbi budur.”

Nüvə anlaşmasının bir alternativi yoxdur. İran iqtisadiyyat olaraq çox sıxışmış durumda. Amerikada da Bayden administrasiyasının gətirdiyi yeni bir həyəcan və dalğa var və Bayden çox rahat bir şəkildə Avropanı, Çini və Rusiyanı da razı sala bilər.

İran Fəxrizadə məsələsini çox diqqətə almayacaq

Hakkı Uyğur hesab edir ki, ABŞ-la anlaşmaqdan başqa bir alternativi olmayan İran İslam Respublikası nüvə alimi Mohsin Fəxrizadənin qətlə yetirilməsi kimi olayların üstündə çox durmayacaq:

“İran Fəxrizadə məsələsini çox diqqətə almayacaqdır. Biz bilirik ki, İran dövləti olduqca praqmatik bir dövlətdir və hazırda təməl hədəfi önümüzdəki dönəm Bayden höküməti ilə aparılacaq müzakirələrdə ən az kompromis verərək, qarşıdan ən çox kompromis qoparmaqdır. Ruhani höküməti tamamən buna yönəlmiş durumdadır. Ruhaniyə müxalif mühafizəkar fraksiyalar önümüzdəki il keçiriləcək prezident seçkilərində qazansalar, onlar da eyni şeyi edəcək. Dolayısı ilə bir və ya iki insanın ölməsi İran üçün önəmli olmayacaq. İran təbii ki, ritorik olaraq, söyləm olaraq bundan istifadə edər; intiqam almaq, şəhidlər və bu kimi şeylər.”

Ekspertin söylədiklərinə görə, “[nüvə anlaşmasının] bir alternativi yoxdur. İran iqtisadiyyat olaraq dalana dirənmiş durumdadır. Amerikada da Bayden administrasiyasının gətirdiyi yeni bir həyəcan və dalğa var və Bayden çox rahat bir şəkildə Avropanı, Çini və Rusiyanı da razı sala bilər. Hətta Almaniya xarici işlər nazirinin İranla bağlı açıqlaması var ki, "razılığı unut və Amerika ilə yeni bir anlaşma əldə et!" Agentliklərə düşən bir xəbər də var ki, Çin də İrana eyni tövsiyəni edir. Yəni ki, Bayden administrasiyası ilə daha geniş bir çərçivədə, yəni balistik raketləri də, regional siyasətləri də ələ alan bir müzakirə masasına otur!”

Son təhlildə İranın əlində belə yüzlərlə, minlərlə raket olması Türkiyənin xoşuna getmir. Və ya, İranın bölgəsəl siyasətini İraqda və Sudiyada bu qədər konstruktiv olmayan yöndə yürütməsindən Türkiyə xoşlanmır.

İranın regional siyasətlərinin cilovlanması Türkiyəni məmnun edər

İranın nüvə proqramından əlavə, balistik raket proqramı, habelə regional siyasətlərini ehtiva edən bir anlaşma, Haqqı Uyğurun sözlərinə görə, Türkiyəni də məmnun edər.

“Əgər bu anlaşma İranın balistik raketlərini və bölgəsəl siyasətlərini də ehtiva edəcəksə, Türkiyə bundan məmnun olar. Nədən məmnun olar? Türkiyə bunlardan rahatsızdır. Yəni tamam, Türk Ordusu güclüdür, müdafiə baxımından Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərinin hiss etdiyi kimi təhdid hiss etmir İrandan. Amma, son təhlildə İranın əlində belə yüzlərlə, minlərlə raket olması Türkiyənin xoşuna gəlmir. Və ya, İranın regional siyasətini İraqda və Suriyada bu qədər konstruktiv olmayan yöndə yürütməsi Türkiyənin xoşuna gəlmir. Əgər bunları da ehtiva edəcək müzakirələr olsa, yəni İranı cilovlayacaq bir şəkildə, Türkiyə bunu qəbul edər və dəstəkləyər.”

Haqqı Uyğur Türkiyənin prinsipdə də müzakirələri dəstəkləyən bir ölkə olduğunu önə çəkir. O, Səddam Hüseyn nümunəsinə də diqqət çəkərək əlavə edir ki, “Türkiyə İranın sosial-iqtisadi təməllərini yıxacaq şəkildə basqı tətbiqini qəbul etmir. Doğrudur, anlaşmazlıq mövzuları çoxdur. Amma, bunlar müzakirələr ilə qarşılıqlı oturub bir şəkildə həll edilə bilər. Dolayısı ilə, Türkiyə yenə Bayden höküməti və İrandakı hakimiyyətin müzakirəsini dəstəkləyəcəkdir. Əgər çıxan nəticə, İranın bölgəsəl siyasətlərini də biraz cilovlayacaqsa, Türkiyə bundan daha çox məmnun olacaqdır.”

XS
SM
MD
LG