Avropa səhiyyə rəsmiləri son iki ildə Yunanıstanda xəstəlikdən müalicə olunmaq üçün iynə istifadəçiləri arasında HİV infeksiyasına yoluxma hallarının 20 dəfədən çox artığını bildirib. Bunun səbəbinin bir hissəsi kimi iynə dəyişmə proqramında çatışmamazlıq göstərilir.
Avropanın Xəstəliklə Mübarizə və Nəzarət Mərkəzinin rəsmiləri bu gün bildirib ki, 2012-ci ilin ilk səkkiz ayında 314 yoluxma halı qeydə alınıb. Bu rəqəm bütün 2011-ci ildə 208 olub. 2001-2010-cu illər arasında xəstəliyə yoluxma halları isə 15-dən çox olmayıb.
Agentlik bildirir ki, Yunanıstan iqtisadiyyatındakı böhranın bu dəyişikliyə nə dərəcədə təsir göstərdiyi aydın deyil. Amma agentlik xəbərdarlıq edib ki, xəstəliklə mübarizə proqramları genişləndirilməsə, qənaət tədbirləri və yüksək işsizlik problemi yeni infeksiyaların yayılmasına səbəb ola bilər.
Agentliyin bugünkü məlumatında HİV infeksiyasından qorunma xərclərinin QİÇS xəstəliyinə yol açan bu infeksiyaya yoluxanların müalicə xərclərindən az olduğu deyilir.
Məlumatda Yunanıstanda hər bir xəstənin ilə 45 iynə ilə təmin edildiyi, bunun isə beynəlxalq standartdan çox aşağı olduğu deyilir. Beynəlxalq standarta görə hər bir xəstə 200 birdəfəlik iynə ilə təmin edilmə imkanına malik olmalıdır.