Accessibility links

Yunanıstanda dövlət qulluqçuları tətil edir


Avropa İttifaqından növbəti xilas paketini almaq üçün Yunanıstan parlament nümayəndələri çərşənbə günü yeni qənaət tədbirlərinə səs verməyə hazırlaşır. Bununla əlaqədar artıq iki gündür ki, dövlət qulluqçuları tətil edir.

Baş nazir Antonis Samarasın qənaət tədbirləri qanun layihəsinin az fərqlə qalib gələcəyi gözlənilir. 17 milyard dollarlıq tədbirlər dövlət xərclərinin, imtiyazların və pensiyaların azaldılması, vergilərin artırılmasını nəzərdə tutur.
Əgər parlament qanun layihəsini qəbul etməsə, Yunanıstanın maliyyə imkanları noyabır ayının ortalarına qədər tükənəcək.

Samaras parlament nümayəndələrinin qanun layihəsini qəbul etmədiyi təqdirdə Yunanıstanın avrozonadan xaric olunma təhlükəsi ilə üzləşəcəyini bildirib.

Eyni zamanda nümayişdən sonra çərşənbə günü də həmkarlar inttifaqlarının minlərlə üzvü Afinada parlament binası qarşısında yürüş keçirəcək.

Taksi, qatar və bərə xidməti də daxil olmaqla, digər nəqliyyat vasitələri çərşənbə günü fəaliyyət göstərməyəcək. Məktəb və hökümət idarələri hələ də qapalıdır. Daxili və xarici uçuşlar dayandırılmadığı halda gecikmələrlə idarə olunur.

Çərşənbə axşamı Afinada 35000 nəfərdən artıq nümayişçi iki fərqli etiraz aksiyalarında iştirak edib.

Yunanıstan artıq beş ildir ki, daxili iqtisadi böhrandan əziyyət çəkir. Ölkənin işləmək qabiliyyətinə malik olan əhalisinin 25 faizindən çoxu işsizdir.
XS
SM
MD
LG