Avrozonaya daxil olan ölkələrin maliyyə nazirləri Lüksemburqda “Avropanın Sabitliyi Mexanizmi” adlanan proqramı işə salıb. Avropa İttifaqının iqtisadçı rəhbəri Oili Rehn böhranın həll ediləcəyinə ümid bəslədiyini bildirib. İqtisadçılar yeni fondun Yunanıstan, Portuqaliya və İspaniya kimi ölkələrə yardım etməsi ilə yanaşı, gələcək böhranlara yol verməyəcəyini düşünür.
Lüksemburqun baş naziri Jan Klod Jinker proqramın işə salınmasını dönüş nöqtəsi adlandırıb.
İspaniyanın maliyyə naziri Luis De Quindos fondun etimadı bərpa etdiyini deyib.
Lakin bütün bu səylərə baxmayaraq, gərginliklər davam edir. Xüsusilə də Yunanıstanda. Bu gün Yunanıstanda minlərlə nümayişçi ilə polis arasında qarşıdurma olub.
Yunanlar hələ də büdcə kəsirinə etirazlarını bildirir.
Bu ölkə maliyyə böhranının həlli sahəsində lazımi iş görmədiyinə görə tənqidlər altındadır.