Accessibility links

Avropada kütləvi tətillər başlayıb


Avropada minlərlə işçi hökumətlərinin böyük büdcə kəsirləri və vergi artımlarına qarşı koordinasiyalı tətil edir.

Aksiyanı çərşənbə axşamı Avropa Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) təşkil edib. Təşkilat eyni vaxt ərzində İspaniyada, Portuqaliyada, Yunanıstanda, İtaliyada və digər ölkələrdə nümayişlərə və yürüşlərə çağırışlar edib.

İspaniyanın paytaxtı Madriddə dəyənəklə silahlanmış polis nümayişçilərlə toqquşub, ən az iki nəfər həbs olunub. Ölkə boyunca piketlərdə 60-dan çox adam həbs olunub, 34 nəfər insidentlər nəticəsində yaralanıb.

İspaniyada və qonşu Portuqaliyada yüzlərlə daxili və xarici təyyarə reysləri təxirə salınıb, dəmir yolu, dəniz portları və fabriklərin işi dayanıb.

Keçən il Avropa İttifaqının yardım paketini alan Portuqaliyanın paytaxtı Lissabondakı nümayiş nəticəsində metro stansiyaların fəaliyyətini dayandırılıb, avtobuslar isə məhdud fəaliyyət göstərir. Çərşənbə günü Portuqaliyada işsizlik rekord səviyyəyə çataraq 15.8 faiz təşkil edib.

Florensiya, Roma və Milan da daxil olmaqla, İtaliyanın böyük şəhərlərində tələbə və işçilər küçələrə axışıb. Bəzi yerlərdə qarşıdurma halları qeydə alınıb.

Yunanıstanda keçən həftə keçirilən ikigünlük tətildən sonra hökumətin yeni qənaət planını təsdiqləməsinin növbəti günü işçilər parlament buinasına yürüş edib.

Almaniya, Belçika və Fransada da nümayişlər baş qaldırıb.

AHİK-in bildirdiyinə görə, avrozonada qənaət tədbirləri yoxsulluğun artmasına və sosial narahatlıqlara və Avropanın getdikcə dərinləşən tənəzzülə uğramasına səbəb olur.
XS
SM
MD
LG