Accessibility links

Prezident seçkilərində ATƏT-in müşahidə missiyası dəvət ediləcək


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in sədri Leonid Kojara
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in sədri Leonid Kojara

ATƏT sədri və Azərbaycan xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsi, prezident seçkiləri və ATƏT-in statusu ilə bağlı danışıqlar aparıb

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycanda səfərdədir. O Azəarbaycan prezidenti və xarici işlər naziri ilə danışıqlar aparıb.

Leonid Kojara Azərbaycan xarici işlrər naziri Elmar Məmmədyarovla birgə kerçirdiyi mətbuat konfransında görüşlərində Azərbaycanla ATƏT arasında əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, “Helsinki +40” prosesi ətrafında müzakirələr aparıldığını deyib.

Nazir Elmar Məmmədyarov Amerikanın Səsinin sualının cavabında bildirib ki, yaxın vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə daha bir görüş keçiriləcək.
“Biz həmsədrlərin səsləndirdiyi və “Böyük səkkizliyin” sammitində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri tərəfindən təsdiqlənmiş prinsipləri əsas götürərək irəliyə doğru hərəkət etmək niyyətindəyik”, o qeyd edib.

Görüşün formatı hələlik məluma deyil. “Bu ya həmsədrlərlə görüş olacaq, ya da mümkündür ki, vasitəçilər nazirlərin görüşünü təşkil etsin”.

Nazir Azərbaycanın mövqeyinin dəyişməz qaldığını deyib.

“Biz hərtərəfli sülh sazişi üzərində işə başlamağın tərəfdarıyıq. Ermənistan isə sözügedən müqavilə üzərində işə başlamağı hələlik məqbul saymır”.

Nazir Məmmədyarov ATƏT sədri ilə görüşündə Minsk Qrupunu fəaliyyətini daha da intensivləşdirməyə çağırıb.

Onun sözlərinə görə, Minsk Qrupunun iclasları daha tez-tez keçirilməlidir.

“Mən Ukraynadan ATƏT-ə sədrlik edən ölkə kimi Vyanada belə iclasların daha tez-tez keçirilməsini xahiş etdim”.

Azərbaycan xarici işlə naziri Amerikanın Səsinin prezident seçkiləri ilə bağlı sualının cavabında deyib ki, Azərbaycan hökuməti oktyabrda keçiriləcək prezident seçkilərinə ATƏT müşahidəçilərini dəvət edəcək.

E.Məmmədyarov qeyd edib ki, seçkilərə 2 ay qalmış ATƏT-ə müşahidəçi göndərilməsi ilə bağlı rəsmi müraciət ediləcək.

ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı Azərbaycan hökumətinin müraciəti barədə sualın cavabında ATƏT sədri deyib ki, bu məsələdə Ukraynanın mövqeyi sadə və məntiqidir - biz hesab edirik ki, ATƏT-in ofisinin statusunu müəyyənləşdirmək onun yerləşdiyi ölkənin suveren hüququdur.

“Ancaq biz ATƏT üzvləriyik və komanda ruhu da var. Heç kim Azərbaycanın qərar qəbul etmək hüququnu kiçiltmir”.

Onun sözlərinə görə, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi çox konstruktivdir:

“Ümid edirəm ki, tezliklə Azərbaycanı və Azərbaycan xalqını təmin edəcək qərarlar qəbul edəcəyik. Çünki bu, xalqın naminə edilir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG