Əminəm ki, qarşıdan gələn seçkilərdə Azərbaycan gəncləri prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Bu barədə mayın 13-də Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın iclasında Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Əli Həsənov gənclərin prezident Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləməsini alqışlayır. “Hesab edirəm ki, bu, sizin şüurlu seçiminizdir. Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi əminəm ki, sizdən gələn ideyadır. Sizi buna heç kim məcbur etməmişdir”.
Şöbə müdiri həmçinin deyib ki, bəzən xarici təşkilatlar Azərbaycan dövlətinə böhtan atırlar.
“Təəssüflər olsun ki, onların atdığı böhtanlarda bir mexanizm kimi bizim gənclərimizdən istifadə olunur. Gənclərimizin bəzilərini yolundan azdırırlar, dövlətçilik istiqamətində fəaliyyətdən çəkindirirlər, ayrı-ayrı çirkli mərkəzlərdən maliyyələşən qrantlar ilə onları qeyri-sağlam, antimilli yola sövq edirlər. Onların informasiyası əsasında bizim yürütdüyümüz siyasətin mahiyyətini təhrif edirlər. Dövlət quruculuğu və idarəçiliyi ilə gənclər arasında uçurum yaratmaq istəyirlər. Sağlam gənclik buna yol verməməlidir”.
O əmindir ki, İlham Əliyev üçüncü dəfə prezident seçiləcəyi təqdirdə gənclərin problemlərinin həllində, dövlət idarəçiliyində, ailə planlaşmasında, gənclərin mənzillə təminatında nəzərdə tutulandan daha artıq işlər görüləcək.
Əli Həsənov gənclər siyasəti ilə bağlı dövlət proqramının icrasına 100 milyondan artıq vəsaitin ayrılacağını da deyib.
“Faktiki olaraq təhsil, sosial və digər sahələrə dair layihələrimiz gənclərlə bağlıdır. Prezident İlham Əliyev gənclərə ipoteka kreditinin verilməsi məsələsini Nazirlər Kabinetinin iclasında ciddi tapşırıq kimi qarşıya qoydu. Azərbaycanın neftdən gələn gəlirlərindən gənclər daha asan şəkildə, daha praktik formada istifadə etmək imkanına malik olmalıdır. İpotekanın həcmi artırılmalı, istifadəsi asanlaşdırılmalıdır. Hər bir gənc ipotekadan istifadə edib öz təhsilini, yaşayışını, ailə planlaşdırılmasını, mənzil problemlərini həll etməlidir”, o qeyd edib.