Accessibility links

Azərbaycanın dini konfessiyaları Xocalı faciəsi ilə bağlı müraciət qəbul edib


Şeyxülislam Hacı Allahşükür Paşazadə
Şeyxülislam Hacı Allahşükür Paşazadə

Din xadimləri parlamentlərin faciə qurbanlarını anmasını, faciəni pisləməsini xahiş edir

Azərbaycanın müsəlman, xristian və yəhudi dini konfessiyaları dünya ölkələrinin parlamentlərinə müraciət edərək Xocalı faciuəsinin pislənməsini, günahkarların cəzalandırılmasını, həmçinin Azərbaycanın ərazilərindən işğalçı qüvvələrin çıxarılması üçün Ermənistana təzyiq göstərilməsini tələb edib.

Müraciət fevralın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbirdə qəbul edilib.

QMİ sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, Xocalının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi kütləvi qətllər ilə müşayiət edilib və bu, insanlığa qarşı ən dəhşətli cinayətdir.

“Xocalı soyqırımında Moskvadakı müəyyən qüvvələrin əli olub, mülki əhaliyə qarşı hərbi əməliyyatda keçmiş sovet ordusunun 366-cı alayının hərbçiləri də iştirak ediblər”, Paşazadə qeyd edib. .

O Azərbaycanın Qarabağ probleminin dinc yolla nizamlanmasına sadiqliyini xatırladıb və əlavə edib ki, işğal olunmuş ərazilərin azad edilməsi üçün başqa yollar da var və onlardan da istifadə oluna bilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Dağlıq Qarabağda azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərini işğal edib. Şəhərin 613 dinc sakini, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. İşğal zamanı 487 nəfər, ocümlədn 76-sı uşaq yaralanıb, 150 nəfər itkin düşüb, 1275 sakin girov götürülüb.
XS
SM
MD
LG