Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər naziri gələcək danışıqların planını müzakirə edib


Elmar Mamedyarov Eduard Nalbandian
Elmar Mamedyarov Eduard Nalbandian

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekunları barədə məlumat yayıb

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekunları ilə bağlı məlumat yayıb. Nazirlər iyulun 12-də Vyanada görüşüb.
Məlumatda deyilir ki, iyun-iyul aylarında həmsədrlər Qarabağ münaqişəsinin dinc nizamlanmasına dair ideya mübadilələri üzrə bir sıra görüşlər keçiriblər.

İyulun 6-da Londonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, iyunun 28-də isə Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüş olub.

Həmsədrlər və nazirlər dinc nizamlanmaya dair əvvəlki diskussiyaları davam etdiriblər, əsas diqqət tərəflər arasında gərginliyin azaldılmasına, bu ilin sonunda yüksək səviyyədə görüş üçün şəraitin yaradılmasına yönəldilib.

İyulun 12-də Vyanada həmsədrlərlə birgə görüşdə hər iki xarici işlər naziri həmin məqsədlərə sadiq qaldıqlarını bir daha bəyan ediblər və yaxın zamanlarda gələcək danışıqların planını müzakirə ediblər.
XS
SM
MD
LG