Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür


Elmar Mamedyarov Eduard Nalbandian
Elmar Mamedyarov Eduard Nalbandian

Görüş Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada keçirilir

İyulun 12-də Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), Yan Kelli (ABŞ) və İqor Popov (Rusiya) ilə görüş keçirəcək. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edəcək.

E.Abdullayev deyib ki, Məmmədyarov həmsədrlərin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşəcək.

Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG