Accessibility links

Azərbaycan xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb


ATƏT-in Minsk Qrupunun həmsədrləri
ATƏT-in Minsk Qrupunun həmsədrləri

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat layihəsi müzakirə edilib

ATƏT XİN Şurasının Dublində keçirilən 19-cu iclası çərçivəsində dekabrın 5-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat layihəsi müzakirə edilib.

Lakin, Məmmədyarovun jurnalistlərə verdiyi məlumata görə, “hələlik bəyanatın hansı formatda qəbul ediləcəyi məlum deyil”.

Vasitəçilər həmçinin Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşüblər.

Dublində ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənilirmi?, sualına cavabda nazir bildirib ki, həmsədrlər hələlik tərəflər arasında get-gəl diplomatiyası ilə məşğuldurlar.
Məmmədyarov “lazım olarsa” nazirlərin birbaşa görüşü keçiriləcəyini də istisna etməyib.

Eyni zamanda o qeyd edib ki, ATƏT XİN Şurası çərçivəsində belə bir görüş baş tutmasa, gələn ilin əvvəllərində ikitərəfli danışıqlar keçirilməsi imkanı müzakirə olunur. Görüşün keçiriləcəyi yerlə bağlı bir variant da Parisdir.

“Çox güman ki, bu, yanvarın sonlarında baş verə bilər. Təkliflərdən biri Parisdir. Bu, sırf logistika nöqteyi-nəzərdən rahatdır”, deyə Məmmədyarov bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG