Accessibility links

Cəmil Həsənli: Qarabağ problemi hakimiyyətdə qalmaq alətinə çevrilib


Cəmil Həsənli
Cəmil Həsənli

Milli Şuranın prezidentliyə namizədi iqtidarı ksəkin tənqid edib. İlham Əliyev dövlətin maliyyə resurslarından öz xeyrinə istifadə edir

“Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) müxalifətin birlik modeli kimi yaradılıb və onun mərkəzində Azərbaycan ictimai təfəkkürünün görkəmli nümayəndəsi Rüstəm İbrahimbəyov durur”. Bu barədə bu günkü mətbuat konfransında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bildirib.

Milli Şuranın nümayəndə heyətinin bu günlərdə Böyük Britaniyaya səfəri olub və orada siyasi qurumların nümayəndələri, ekspertlər və hüquq müdafiəçiləri ilə görüşləri baş tutub. Rüstəm İbrahimbəyov müəyyən səbəblərdən Londona gələ bilməyib.

“Amma sentyabrın 15-də Tbilisidə onunla görüşdük və seçkiqabağı strategiyanı müzakirə etdik. Rüstəm bəy bildirdi ki, seçki strategiyasına rəhbərliyi davam etdirəcək”, deyə Həsənli qeyd edib.

Onun sözlərinə görə, İbrahimbəyov bəzi KİV-lərin onun DQMŞ rəhbəri vəzifəsindən istefa vermək istəməsi haqqında yaydığı məlumatları təxribat adlandırıb.

Sentyabrın 16-da start götürən seçkiqabağı təşviqat kampaniyasına toxunan Cəmil Həsənli imkanların qeyri-bərabər olduğunu bildirib.

“Bizim üçün bu gün seçkiqabağı təşviqat başlayır, İlham Əliyev üçün isə bu təşviqat prezident seçkiləri elan edildiyi gündən başlayıb. Hər gün telekanallar ona bir neçə saat həsr edir. Bu, onun hazırki prezident olması ilə əsaslandırılır. Lakin faktiki olaraq, o, prezidentliyə namizəddir. Dövlət başçısının cari fəaliyyətinin işıqlandırılması üçün 30-40 saniyəlik xəbər süjetləri göstərmək kifayətdir, onun çıxışlarını saatlarca göstərməyə ehtiyac yoxdur.

Biz əhalinin əmək haqqının artırılmasına qarşı deyilik, amma bu, seçkilər ərəfəsində edilirsə, dövlətin maliyyə resurslarının pretendentlərindən öz xeyrinə istifadədir”, deyə Həsənli bildirib.

Seçkilərdə qələbə çaldığı təqdirdə Azərbaycanın gələcəyini necə gördüyü barədə suala cavabda Həsənli deyib ki, ilk növbədə Azərbaycan layiqli həyat hüququna malik olan, Avroatlantik məkana inteqrasiya etmiş ədalətli cəmiyyəti olan bir ölkə olacaq.

Həsənli Azərbaycanın Qoşulmama Hərəkatına daxil olması ilə əlaqədar hazırki hakimiyyətin xarici siyasətini pisləyib.

“Ərazisinin 20%-i işğal altında olan bir ölkə Qoşulmama Hərəkatında iştirak etməməlidir”, deyən Həsənli qeyd edib ki,

Azərbaycan qonşu ölkələrlə yaxşı qonşuluq əlaqələrinə və qarşılıqlı səmərəli əməkdaşlığa can atmalıdır

Qarabağ münaqişəsinə toxunan Həsənli problemin iki ölkənin hakim elitaları üçün hakimiyyətdə qalmaq alətinə çevrildiyini deyib.

“Əliyev rejimi 20 il ərzində işğal edilmiş torpaqların 20 metrini belə azad etməyib”, o qeyd edib.

Seçki taktikasına gəlincə, Həsənlinin seçki qərargahının həmsədri, AXCP Ali Məclisinin rəhbəri Həsən Kərimov bildirib ki, DQMŞ-nin seçki komissiyalarında nümayəndəsi yoxdur. Buna görə 5 min seçki məntəqəsi və 125 dairə seçki komissiyasının hər birinə məşvərət səsi olan bir üzv, habelə müşahidəçilər göndərmək qərara alınıb.

O, həmçinin dərs ilinin ilk günündə məktəblilərə və müəllimlərə İlham Əliyevi tərifləyən “Bakı: 2003-2013” adlı kitabın paylanmasını seçki məcəlləsinin ciddi pozuntusu adlandırıb.

Kitabın naşiri İqtisadi İnkişaf Nazirliyidir. Kərimov naziriyin seçkiqabağı təşviqatda iştirakını ciddi qanun pozuntusu hesab edir.
Belə bir kitab yalnız Əliyevin seçki fondunun vəsaiti hesabına nəşr edilə bilərdi.

Həsənlinin seçki qərargahının digər həmsədri, Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı mitinqlərin keçirilməsi üçün ayrılmış yerlərin əlverişsiz olduğunu bildirib.

“Əslində bu yerlər MSK deyil, Bakı şəhər icra hakimiyyəti tərəfindən ayrılıb. Biz MSK-nın seçkiqabağı təşviqat üçün yerləri özü müəyyən etməsi üçün rəsmi olaraq müraciət edəcəyik”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG