Accessibility links

Namizədlərin pulsuz efir vaxtı bəlli oldu


Məzahir Pənahov
Məzahir Pənahov

Sentyabrın 16-dan prezidentliyə namizədlərin təbliğat kampaniyası başlanır

Mərkəzi Seçki Komissiyası (MSK) bazar ertəsi keçirdiyi növbəti iclasında prezidentliyə namizədlərin pulsuz efir vaxtı ilə bağlı püşkatma keçirib.

İctimai teleradioda ödənişsiz təşviqat sentyabrın 16-dan, yəni səsverməyə 23 gün qalmış başlayır. Televiziyada namizədlərin çıxışı saat 19.00-dan, radioda isə 21.00-dan canlı yayımlanır.
Püşkatmanın nəticəsinə görə 1-ci nömrə öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruca, 2-ci nömrə “Yeni Azərbaycan” partiyasının sədri İlham Əliyevə, 3-cü nömrə “Ümid” partiyasının sədri İqbal Ağazadəyə, 4-cü nömtə “Ədalət” partiyasının sədri İlyas İsmayılova, 5-ci nömrə “Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyevə, 6-cı nömrə “Milli Dirçəliş Hərəkatı” partiyasının sədri Fərəc Quliyevə, 7-ci nömrə Azərbaycan Demokrat partiyasının sədri Sərdar Məmmədova (Cəlaloğlu), 8-ci nömrə Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəyə, 9-cu nömrə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevə, 10-cu nömrə isə Milli Şuranın namizədi Cəmil Həsənliyə düşüb.

MSK sədri Məzahir Pənahov namizədlər arasında debatların həftənin cüt günləri televiziyada, tək günləri isə ictimai radioda hər dəfə 1 saat olmaqla təşkil olunacağını bildirib.

İctimai teleradioda ödənişsiz təşviqat sentyabrın 16-dan, yəni səsverməyə 23 gün qalmış başlayır. Televiziyada namizədlərin çıxışı saat 19.00-dan, radioda isə 21.00-dan canlı yayımlanır.

Seçki Məcəlləsinin tələblərinə əsasən efir vaxtı bütün namizədlər arasında tam bərabər bölünüb.

M.Pənahov namizədlərə və onların səlahiyyətli nümayəndələrinə çıxışlar zamanı efir imkanlarından sui-istifadə hallarına yol verməmək,konstruktiv siyasi debatlara üstünlük vermək, bir-birinin və başqalarının şəxsiyyətini alçaldan çıxışlar etməmək, aparıcının sözlərinə əməl etmək çağırışı edib.

21 nəfərdən 10 nəfər rəsmi namizəd olaraq qeydə alınıblar.
Prezidentliyə namizədliyinin təsdiq olunması üçün 22 nəfər sənədlərini MSK-ya təqdim edib.

Onlardan bir nəfərin namizədliyinin təsdiq olunmasından imtina edilib, digər 21 nəfərin isə prezidentliyə namizədliyi təsdiq olunub.

Bu 21 nəfərdən 10 nəfər rəsmi namizəd olaraq qeydə alınıblar.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.

Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.-

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG