Accessibility links

Lalə Şövkət: “Liberal Partiya Cəmil Həsənlini dəstəkləyəcək” [Audio]


Lalə Şövkət
Lalə Şövkət
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə görüşüb. Amerikanın Səsinə verdiyi açıqlamada Lalə Şövkət səmimi şəraitdə keçən görüşdə seçkiqabağı vəziyyətin müzakirə edildiyini deyib. “Cəmil bəylə çox səmimi bir şəraitdə, konstruktiv, əhatəli və səmərəli bir görüşümüz oldu. Biz həm bugünkü ictimai-siyasi vəziyyəti, seçkiqabağı vəziyyəti, həm də millətdə seçkiyə marağın azalması və bunun hansı səbəblərlə bağlı olması kimi məsələləri müzakirə etdik. Bundan sonra Milli Şurada gedən proseslərdən danışdıq.”

Lalə Şövkət Amerikanın Səsinə bildirib ki, onun Milli Şuradan çıxmasına baxmayaraq, Liberal partiyası Cəmilə Həsənliyə dəstək verəcək. “Mən söz verdim ki, Liberal partiya sona qədər Cəmil müəllimi dəstəkləyəcək. Bu, bizim mövqeyimizdir. Liberal partiyanın mövqeyidir. Mən düşünürəm ki, Cəmil müəllim də bu görüşdən razı qaldı.”

Lalə Şövkət açıqlama
please wait

No media source currently available

0:00 0:01:00 0:00
Direct link


Amerikanın Səsinə Milli Şuradan çıxmasının səbəblərini izah edən Lalə Şövkət Şuradan çıxması ilə bağlı çağırışlarla əlaqədar olaraq bu addımı atdığını deyib. Azərbaycan Liberal Partiyasının lideri seçkiqabağı dövr bunun siyasi prosesə mənfi təsiri olduğunu qeyd edib. “Bizim Rüstəm bəylə belə bir razılığımız var idi. Mən məhz Rüstəm bəyə görə gəlmişəm Milli Şuraya. Biz belə bir razılığa gəldik ki, Rüstəm bəy Bakıya gələndə mən Milli Şuranın tədbirində iştirak edəcəm. Əks halda mən iştirak etməyəcəm, bizim razılığımız birinci gündən bundan ibarət idi. Ona görə ki, mən bilirəm orada kimlər oturub, nələr olacaq və nə ilə qurtaracaq, bu ssenarini artıq bilirdim. Bir sual olur, bu saat seçkiqabağı bir prosess gedir, mühüm bir proses gedir. Bu prosesi kənara qoyub, Lalə Şövkət problemidir indi?”

please wait

No media source currently available

0:00 0:00:35 0:00
Direct link


Lalə Şövkət Amerikanın Səsinə açıqlamada Azərbaycanda oktyabrın 9-u prezident seçkisinə ümidlə baxmadığını deyib. “Mən məsələ ilə bağlı bir il bundan əvvəl demişdim ki, Azərbaycanda bu gün seçki şəraiti, seçki mühiti yoxdur. Millət özü də apatiyadadır, aktiv deyil. Mən o qədər də ümidli deyiləm.”


please wait

No media source currently available

0:00 0:00:14 0:00
Direct link


Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin Milli Şuradan çıxması məsələsi prezident seçkisində Şuranın vahid namizədi Cəmil Həsənli ilə görüş zamanı müzakirə edilməyib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG