Türk hökumətinin yardım tələbindən sonra Birləşmiş Ştatlar ölkənin zəlzələdən zərər çəkən Van vilayətinə insani yardım göndərilməsi üçün hazırlıqlara başlayıb. Dünən ABŞ-ın Müdafiə Nazirliyinin rəsmiləri bildiriblər ki, Müdafiə naziri Leon Panetta ABŞ qüvələrinin Avropa Komandanlığına Türkiyəyə insani yardım göndərməyə səlahiyyət verib. Göndəriləcək yardımların siyahısına ədyal, yataq dəsdi və təmizlik maddələri daxildir. Müdafiə Nazirliyinin sözçüsü Con Körbi deyib ki, Türkiyəyə yardım üçün Birləşmiş Ştatlar əlindən gələni edəcək. O, təyyarələrlə yardım göndərilməsinə bir gün ərzində başlana biləcəyini deyib.
BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı da yardım daşıyan təyyarələrin cümə günündən təcili olaraq səfərlərə başladəğını bildirib. Təşkilat Ərzurum havalimanına gündə dörd yardım daşıyan təyyarənin gələcəyini deyib. Qaçqınlar Üzrə Ali Komissarlıq təyyarələrdən hərbiri ilə 500 çadır və 10000 ədyal aparılacağını qeydedib.
Cümə günündən Ötən bazar günü Van vilayətində başverən zəlzələ Ərciş, Van və başqa bir neçə şəhər və çoxlu qəsəbə və kənddə geniş xəsarətə səbəb olub.
Şənbə günü axşam zəlzələ nəticəsində ölənlərin sayının 575 olduğu deyilsə də bu rəqəmin artacağı gözlənilir. Zəlzələ nəticəsində 2500 adamın yaralandığı minlərlə adamın isə evsiz qaldığı bildirilib. Havanın dahada soyuduğu şəraitdə Türkiyə hökuməti evsiz qalan minlərlə insanı sığınacaqla təmin etməyə çalışır.