Accessibility links

Co Bayden Azərbaycan xalqını müstəqillik günü münasibətilə təbrik edib


Co Bayden və İlham Əliyev
Co Bayden və İlham Əliyev

ABŞ Prezidenti Co Bayden Azərbaycanın Müstəqilliyi ilə bağlı Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat verib.

“Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik edirəm. Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik” deyə məktubda deyilir.

Həmçinin məktubda Cənubi Qafqazda davamlı sülhün vacibliyi məsələsinə də toxunulub.

“İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. ”

ABŞ prezidenti məktubda Azərbaycandakı insan hüquq və azadlıqlarından da danışıb.

“Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik. Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq” məktubda deyilir.

XS
SM
MD
LG