Accessibility links

Anar Məmmədli: Maqnitski haqqında bir sənədə rahatlıqla Azərbaycan məmurlarını və vəzifəli şəxslərini daxil etmək olar


Anar Məmmədli
Anar Məmmədli

Hüquq müdafiəçisi Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində ABŞ Dövlət Departamentinin illik hesabatının Azərbaycana aid hissəsində insan hüquq və azadlıqlar barədə müddəaların reallığı əks etdirib-etdirməməsindən və bu sahədə yaranmış problemlərin həlli istiqamətlərindən danışıb.

Anar Məmmədli: Maqnitski haqqında sənədə rahatlıqla Azərbaycan məmurlarını və vəzifəli şəxslərini daxil etmək olar
please wait

No media source currently available

0:00 0:06:41 0:00

Amerikanın Səsi: Sənəd real vəziyyəti nə dərəcədə əks etdirir? Hesabatda əhatə olunmayan məsələlər qalıbmı?

Anar Məmmədli: Hesabat xüsusi olaraq insan hüquq və azadlıqları ilə bağlı spesifik problemlərə yönəlib. Orada ciddi şəkildə siyasi azadlıqlarla bağlı problemlərin olduğu göstərilir. İfadə azadlığı ilə bağlı, sərbəst toplaşmaq azadlığı ilə bağlı, işgəncə halları ilə bağlı məsələlərə diqqət yetirilir. Sosial iqtisadi məsələlərlə bağlı məqamlar yer alır. Yəni mənə elə gəlir ki, bu, ABŞ Dövlət Departamentinin ənənəvi hesabatlarından biridir. Düşünürəm ki, belə bir hesabat zəruridir, vacibdir, əhəmiyyətlidir.

Amerikanın Səsi: Sizcə, ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair hesabatlarının praktik əhəmiyyəti var?

Məsələn, son 8 ildə ABŞ Dövlət Departamentinin  hesabatlarında birləşmə azadlığı ilə bağlı, vətəndaş cəmiyyətinin  durumu ilə bağlı problemlərin olduğu ciddi şəkildə göstərilir, qeyd olunur.

Anar Məmmədli: Elə mən o məsələyə toxunmaq istəyirəm. Təəssüflər olsun ki, praktiki əhəmiyyəti ildən-ilə azalır. Yəni əvvələr də Dövlət Departamentin hesabatları olurdu, bu hesabatlarla bağlı müzakirələr olurdu. Ən azından, Azərbaycan höküməti ilə Amerika höküməti arasında danışıqlar, dialoqlar olurdu. Və yaxud, hesabatda əks olunmuş məsələ ilə bağlı müəyyən müzakirələr, təmaslar olurdu. Eyni zamanda, hesabatda əksini tapan halların aradan qalxması yönündə Azərbaycan hakimiyyəti tərəfindən müəyyən cəhdlərin şahidi olurduq. Ən azından belə bir təşəbbüs var idi. Amma, son illər biz bunu müşahidə etmirik. Məsələn, son 8 ildə ABŞ Dövlət Departamentinin hesabatlarında birləşmə azadlığı ilə bağlı, vətəndaş cəmiyyətinin durumu ilə bağlı problemlərin olduğu ciddi şəkildə göstərilir, qeyd olunur. Hüquqi məhdudiyyətlər, siyasi məhdudiyyətlərdən bəhs olunur. Amma bu halların aradan qaldırılması ilə bağlı ötən səkkiz ildə biz dəyişikliklərin şahidi olmamışıq.

Amerikanın Səsi: Azərbaycanla ABŞ arasında insan hüquqları və demokratiya məsələlərinə dair dialoq varmı?

Anar Məmmədli: Mən belə bir dialoqun olmasına dair xüsusi bir prosesin şahidi olmamışam. Sadəcə, ABŞ diplomatlarının bildirdiyinə görə, Azərbaycan hakimiyyəti ilə müəyyən təmasları var. Amma əvvəllər biz ciddi şəkildə ABŞ və Azərbaycan hökümətləri arasında insan hüquqlarına dair genişmiqyaslı, silsilə və ardıcıl şəkildə davam edən müzakirələrin şahidi olurduq. Müxtəlif mövzular müzakirə olunurdu. Tutalım ki, xatirlayıram, məsələn 2008, 2009, 2010-cu illərdə bura səfər edirdi ABŞ Dövlət Departamentinin xüsusi bir nümayəndə heyəti və spesifik mövzuları müzakirə edirdilər. İnsan hüquqları ilə bağlı, siyasi məhbuslar, qanunun aliliyi. Amma bu, ötən illərdə olmayıb. Mən deyərdim ki, vəziyyət olduqca acınacaqlıdır. Çünki 2013-2014 cü illərdə ABŞ-ın Azərbaycanda çalışan bir sıra beynəlxalq institutları ölkəni tərk etməyə məcbur oldular. Bu münasibətlərin ABŞ-Azərbaycan münasibətləri ətrafında, eyni zamanda ölkədə insan hüquq və azadlıqlarının müdafiəsində çox ciddi töhfələri var. Bu institutlar ölkəni tərk etdi. Ölkədən getdilər. Bu, onun göstəricisidir ki, iki ölkə arasında dialoq mühiti yoxdur.

Amerikanın Səsi: Azərbaycanda insan haqları sahəsində problemlərin aradan qaldırılması üçün dünya birliyi nələr edə bilər?

Anar Məmmədli: Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı hökümətin konstitutsiya qarşısında və beynəlxalq birlik qarşısında götürdüyü öhdəlikləri var. Bu gün Azərbaycan ATƏT-in üzvüdürsə, AŞPA-nın üzvüdürsə həmin qurumlar qarşısında insan hüquqları ilə bağlı beynəlxalq öhdəlikləri var. Eyni zamanda, öz konsitutsiyası qarşısında öhdəlikləri var. Bu öhdəliklərə əməl olunmursa, deməli, Azərbaycan AŞPA-nın, ATƏT-in üzvü kimi layiqli, etibarlı tərəfdaş deyil. Buna qarşı çox ciddi şəkildə sanksiyalar mexanizmi işə düşməlidir. Məsələn, söhbət əgər ABŞ Dövlət Departamentindən gedirsə və yaxud ABŞ hökümətindən gedirsə, bu hökümətin konqresdə qəbul olunmuş qlobal Maqnitski haqqında bir sənəd var. Həmin sənədə çox rahatlıqla Azərbaycan məmurlarını və vəzifəli şəxslərini daxil etmək olar. ABŞ Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı siyasətində dəyişikliklər etməlidir. Əgər dəyişikliklər etmirsə bu hesabatların xüsusi əhəmiyyəti olmayacaq. Çünki hesabatlar açıqlanacaq, amma ona əməl olunmayacaq. Onların icrası ilə bağlı hökümət siyasi iradə nümayiş etdirməyəcək. Azərbaycan hakimiyyətində müəyyən bir siyasi iradənin, istəyin formalaşması üçün təzyiqlər önəmlidir. Təzyiqlərin müxtəlif formaları var. Biri dediyim kimi sanksiyalardır, hansısa formada sənədlərin qəbul olunmasıdır və yaxud münasibətləri dondurmaqdır. Müxtəlif formalar ola bilər. Mən indiki halda düşünürəm ki, Azərbaycanda işgəncə halları ilə bağlı ABŞ höküməti, Qərb dövlətləri xüsusi həssaslıq nümayiş etdirməldir.

Xatırlatma

Rəsmi Bakı bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə prezidenti dəfələrlə bütün vətəndaşların fundamental hüquqlarının, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edilyini bildirib.

XS
SM
MD
LG