Accessibility links

ABŞ-da “Azərbaycan: Avropaya artan təbii qaz təchizatının strateji nəticələri” mövzusunda forum keçirildi


Cümə axşamı Vaşinqtonda, Amerika Universitetinin “Mary Graydon” mərkəzində Qara Dəniz və Xəzər Araşdırmalar Mərkəzinin Azərbaycan - Amerika İttifaqı (Azerbaijan - America Alliance) qeyri-hökumət təşkilatı ilə birgə təşkil ediyi “Azərbaycan: Avropaya artan təbii qaz təchizatının strateji nəticələri” mövzusunda forum keçirilib.

Tədbiri Qara Dəniz və Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri doktor Mamuka Tsereteli açılış nitqi ilə başlayaraq mövzunun əhəmiyyəti barədə fikirlərini bildirdi. Mövzu barədə öz rəylərini bildirmək üçün kürsüyə ekspertləri dəvət etdi.
Tədbirdə çıxış edən Mərkəzi Asiya-Qafqaz İnstitutunun araşdırmaçı direktoru Doktor Svante Kornel Xəzərin enerji resurslarının Avropa bazarına çatdırılmasının strateji əhəmiyyəti barədə nitq söyləyərək, Avropanın enerji təminatında mövcud olan siyasi tendensiyaları sadaladı.

Avropa İttifaqının ABŞ-dakı nümayəndə heyətinin enerji, nəqliyyat və ətraf-mühit məsələləri üzrə müşaviri doktor Kristian Burqsmüller mövzuya Avropa İttifaqı prizmasından yanaşaraq, Avropada enerji resurslarına olan təlabat, bunların təmin edilməsi yolları, Avropa İttifaqının Cənub Dəhlizinə olan strateji və maliyə baxımından münasibəti və bu layihəni dəstəkləmək üçün tətbiq edilən siyasət barədə fikirlərini bildirdi. O, həmçinin Aİ-nın öz enerji ehtiyaclarını təmin etmək üçün məhdud mənbədən asılı olmaq istəmədiyini bildirdi. Bu baxımdan ixrac edən və idxal edən ölkələrin maraqlarının üst-üstə düşdüyünü qeyd etdi.

Müzakirələrdə “British Petroleum” şirkətinin Vaşınqton ofisinin beynəlxalq münasibətlər üzrə direktoru Qreyq Sanders xəzər enerjisinin avropa bazarına çıxarılmasının iqtisadi rentabelliyi barədə fikirlərini bildirdi. O 2025-ci ilə qədər Avropa bazarında enerji resurslarına olacaq prespektiv təlabatın statistik göstəricilərini forum iştirakçılarına göstərdi. Cənab Sanders bildirdiyinə görə, Cənub Dəhlizinin reallaşmasında nəzərə alınacaq əsas faktor Avropa bazarına çıxarılacaq təbii qazın qiymətidir. O, Rusiyanın “Qazprom” şirkətinin Avropaya təklif etdiyi qazın qiyməti ilə “Şahdəniz” qazının ucuz qiymətini müqayisə etdikdə və digər siyaysi faktorları nəzərə aldıqda bu layihələrin baş tutacağını deyib.

Azərbaycan hökumətini təmsil edən Azərbaycanın ABŞ-dakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri doktor Nərgiz Qurbanova həyata keçirilmiş layihələrin Azərbaycan-Avropa, Azərbaycan-ABŞ əlaqələrində yeni mərhələ açdığını qeyd etdi. Səfirliyin nümayəndəsi layihələrin Azərbaycan dövlətinin iqtisadi inkişafına yol açdığını, Dövlət Neft Şirkətinə bir sıra regional və beynəlxalq əhəmiyyətinə layihələri həyata keçirilməkdə maliyyə imkanları yaratdığını bildirdi. Daha sonra tədbir sual-cavab formatında davam etdi.

“Azerbaijan - America Alliance” qeyri-hökumət təşkilatının nümayəndəsi təşkilatın qısa tarixindən danışaraq fəaliyyət istiqamətləri barədə məlumat verdi. Forum iştirakçıları qədim Bakının XIX əsrə aid neft sənayesinin təsvir olunduğu şəkillərə baxmağa və şam yeməyinə dəvət edildi.
XS
SM
MD
LG