Accessibility links

Azərbaycan şirkəti “Boeing” təyyarələrini gücləndirmək üçün dünyada ən güclü model mühərrikləri alır


Zaur Axundov və Keti MakKenzi (Foto “Silk Way West Airlines”indir )
Zaur Axundov və Keti MakKenzi (Foto “Silk Way West Airlines”indir )

“Silk Way West Airlines” yeni sifariş olunmuş uzaq məsafəli “Boeing” təyyarələrini gücləndirmək məqsədilə “GE Aerospace” ilə ümumi sayı on altı olan “GE9X” və “GE90” mühərriklərinin alışı üçün müqavilə imzalayıb.

“GE Aerospace” şirkətinin məlumatına görə, dünyanın ən güclü modelləri olan yeni mühərriklər yanacaq sərfiyyatını azaltmaqla Azərbaycan yük aviaşirkətinin dayanıqlılıq məqsədlərinə töhfə verəcək.

Məlumatda deyilir ki, “Silk Way West Airlines” şirkəti bu yaxınlarda “GE9X” mühərrikləri ilə təchiz ediləcək iki “Boeing 777-8F” təyyarəsi aldığını elan edib, həmçinin 2021-ci ilin aprelində sifariş edilən beş “Boeing 777F” təyyarəsi üçün əlavə “GE90” mühərrikləri alacaq. Bu sifariş ümumilikdə beş “GE9X” və on bir “GE90” mühərrikindən ibarətdir və daha sonra aviadaşıyıcının yük parkının modernləşdirilməsinə töhfə verəcək.

İmzalanma mərasimində “Silk Way Group”un prezidenti Zaur Axundov “GE Aerospace” ilə əlaqələrin əhəmiyyətini vurğulayaraq bildirib ki, “Biz “GE Aerospace” ilə uzunmüddətli uğurlu əməkdaşlığımızı davam etdirməkdən məmnunuq. Bu müqavilənin imzalanması əlaqələrimizin möhkəmlənməsini əks etdirir. Bunun sayəsində “Silk Way West Airlines” ən yüksək emissiya və səs standartlarına cavab verən daha səmərəli donanma ilə davamlı gələcəyə inamla irəliləyəcək. Biz inanırıq ki, bu tərəfdaşlığın genişlənməsi uzunmüddətli davamlılıq strategiyamıza cavab verməyə, həmçinin ətraf mühitlə bağlı öhdəliklərimizi yerinə yetirməyə və dəyərli müştərilərimizə göstərilən xidmətləri daim təkmilləşdirməyə kömək edəcək”.

“GE Aerospace”in Kommersiya Mühərrikləri Əməliyyatları prezidenti və baş direktoru Keti MakKenzi deyib ki, “GE9X” mühərriki öz sinfində bənzəri olmayan performans və yanacaq səmərəliliyinin kombinasiyasını təklif edir.

“Biz “Silk Way West Airlines” ilə əlaqələrimizi gücləndirməkdən qürur duyuruq, çünki onlar öz donanmasını yük əməliyyatları üçün modernləşdirməyə davam edirlər,” o qeyd edib.

Silk Way West Airlines haqqında

2012-ci ildə Azərbaycanın Bakı şəhərində yaradılan Silk Way West Airlines Xəzər dənizi regionunda ən böyük yük aviaşirkətidir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən aviaşirkət 12 xüsusi Boeing 747-8F və Boeing 747-400F yük təyyarələri ilə Avropa, Asiya və Amerika qitəsi üzrə aylıq 350-yə yaxın uçuş həyata keçirir. Aviaşirkətin illik yük dövriyyəsi 420 000 tondan artıqdır, onun artan marşrut şəbəkəsi Avropa, MDB, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya və Amerika qitəsi üzrə 40-dan çox istiqaməti əhatə edir.

Silk Way West Airlines üç şirkətdən - Silk Way West Airlines, Silk Way Airlines və Silk Way Technics-dən ibarət Silk Way Group-un bir hissəsidir.

GE Aerospace haqqında

“GE Aerospace” qlobal xidmət şəbəkəsinə malik kommersiya və hərbi təyyarələr üçün reaktiv mühərriklər, komponentlər və sistemlər üzrə dünyanın aparıcı təchizatçısıdır. “GE Aerospace” və onun birgə müəssisələri 39 mindən çox kommersiya və 26 mindən çox hərbi təyyarə mühərriki bazasına malikdir və bu, biznes aviasiyanın gələcəyinin formalaşmasında mühüm rol oynayır.

XS
SM
MD
LG