Accessibility links

Avropa Məhkəməsi Azadlıq qəzetinin müxbirinin şikayətini təmin edib


Aqil Xəlil
Aqil Xəlil

“Azadlıq” qəzetinin əməkdaşı, hazırda Fransada mühacirətdə olan Aqil Xəlillə bağlı Avropa Məhkəməsi qərarını élan edib. Azərbaycan Hökuməti Aqil Xəlilə qarşı bütün hüquq pozuntularını etiraf, bunlarla bağlı araşdırma aparacağını vəd və 28.000 avro kompensasiya verəcəyini bəyan edib. Bu barədə vəkil Rəşid Hacılı “Facebook” səhifəsində yazıb.

Aqil Xəlili 2008-ci il fevralın 22-də peşə borcunu yerinə yetirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən döyülüb. Aqil Xəlil Zeytun bağı deyilən ərazidə, ağacların kəsilərək yerində qanunsuz tikililərin aparılması barədə reportaj hazırlayarkən təzyiqlərə məruz qalıb.

Bundan sonra ona təzyiqlər daha da artıb və nəhayət, martda işdən qayıdarkən ürək nahiyəsindən bıçaqlanıb.

Aqil Xəlil “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist təşkilatının xüsusi dəvəti ilə 2008-ci il iyulun 23-də Fransaya mühacirətə gedib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya qazının Ukrayna üzərindən Avropaya təchizat müddəti sona çatdı
please wait

No media source currently available

0:00 0:10:03 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan təyyarəsinin qəzası. Türkiyənin Suriyanın gələcəyində rolu.
please wait

No media source currently available

0:00 0:30:26 0:00
XS
SM
MD
LG