Martın 16-da Amerikanın Azərbaycandakı səfiri vəzifəsini icra edən müvəqqəti işlər vəkilinin evində bayram şənliyi təşkil edilib. Bahar rəqsləri ilə davam edən şənlikdə kosa və keçəl zarafat dolu ifalar təqdim edib. Muğam üçlüyün ifasında “Qarabağ” mahnısı isə hamı tərəfindən alqışlarla qarşılanıb.
Bayram süfrəsi paxlava, qoğal, şəkərburanın ləzzətindən hamı dadıb. Tonqal üstündən atılmaqla müvəqqəti işlər vəkili Adam Sterlinq də daxil olmaqla insanların əhval ruhiyyəsini yüksəldib. Aşığın sazda “Baş Sarıtel”i və insanları əl-ələ tutub dostlaşmağa vadar edən “Yallı”nın sevinci isə şaqraq gülüş səslərində əks-səda verib.
Müvəqqəti işlər vəkili Adam Sterlinq Azərbaycan xalqının Novruzunu təbrik edib və jurnalistlərin müxtəlif suallarına cavab verib.