Accessibility links

Azərbaycan xalqı Novruz bayramını qeyd edir


Azərbaycana novruz gəlir. Xonçalı, noğullu novruz. Ta qədimlərdən Azərbaycan xalqının bayramlarının şahı sayılan Novruz bu il də mübarək qədəmlə gəlir. El ağsaqqalları ilin bərəktli, barlı olacağını deyir. Dövlət rəsmiləri və ölkə vətəndaşları isə bu ilin Azərbaycan torpaqlarının işğaldan azad olunacağı və qaçqınların öz torpaqlarına qayıdacağı ilə yadda qalacağına ümid edir. Bu il novruz Azərbaycana martın 20-də axşam gələcək. Şamaxı Astrofizika rəsədxanasının direktoru, akademik Əyyub Quliyev Amerikanın səsi radiosuna bildirib ki, bu gündən günəş şimal yarımkürəsinə keçəcək. Novruz ümumxalq bayramı olmaqla yanaşı, həm də dövlət baramıdır. Prezident İlham Əliyevin xalqa təbrikində deyilir ki, Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə toplayıb. «Hər kəsin layiqincə qarşılamağa çalışdığı Bahar bayramında insanın fikri, əməli və istəyi təzələnir, könüllərdə saf duyğular oyanır. Dünya haqqında ilkin təsəvvürlərlə bağlı olan bu bayram mənəvi gözəlliyi, mərhəməti və xeyirxahlığı təcəssüm etdirir. Dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız milli birliyin həqiqi rəmzinə çevrilmiş Bahar bayramını səbirsizliklə gözləyir və böyük ruh yüksəkliyi ilə qeyd edir. Qoy bu ilki Novruz bayramı ərəfəsində Dünya azərbaycanlılarının Bakıda keçirilmiş ikinci qurultayı da milli həmrəylik işinə öz töhfəsini versin, azərbaycançılıq məfkurəsi ətrafında göstəriləcək səylər və əməli işlərlə əlamətdar olsun». Akademik Azad Nəbiyev Novruz bayramının Azərbaycan ərazsində bir neçə min il əvvəldən qeyd edildiyini bildirib. Onun fikrincə, bayramın ilk atributları əkinçiliklə bağlı olsa da, indiyəfdək siyasiləşməyib, özündə dostluq, bərabərlik, xeyirxahlıq, barışıq kimi amilləri birləşdirir. Novruz bayramı şən gülüşlər və humanist ideyalar bayramıdır. Bayram günlərində insanlar niyyətlər tutur, qapı pusar və eşitdiyi sözlər onlara arzularına çatmaq yolunda inam gətirir. Novruz günü heç bir ailədə mübahisə olmaz, hamı xoş sözlərdən istifadə edər. Müsahibimiz xanım da Novruzda tutduğu niyyətinə çatıb. Onun bulaq başında eşitdiyi sözlər həytınını mənasına çevrilib. Novruz məzhəkələri və niyyətləri də insan ömrünün unudulmaz xatirələridir. Keçəl və kosadan tutmuş müxtəlif oyunlaradək. Bayram büdcəsinə gəlincə, baxır kimə. Ancaq hər kəs istəyir ki, süfrəsi bol olsun. Bu isə kifayət qədər pul tələb edir. Əvvəlki illərlə nisbətdə bayram süfrələrində müsbətə doğru dəyişiklik olsa da, ölkədə çoxsaylı kasıblar da qalmaqdadır. Bayram günlərində qiymətlərin kəskin artması isə kasıbları daha çox narahat edir. Foklorşünas akademik Azad Nəbiyev dünyada yaşayan 50 miloyndan çox azərbaycanlının və yarım milyard digər xalqların bu bayramı qeyd etdiyini bildirir.
XS
SM
MD
LG