Accessibility links

Altıncı debat: Quruculuq, qızıl amnistiya və qeyri-ciddi təhqirlər (Tam video)


Ictimai Televiziyada debat
Ictimai Televiziyada debat

Altıncı debat daha ciddi ittihamlarla yadda qaldı

Prezidentliyə namizədlərin İctimai Televiziyanın canlı efirində altıncı debatı daha kəskin ittihamlar və təhqirlərlə yadda qalıb.





Əsas ittihamları Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli səsləndirib. Digər namizədlərin əksəriyyəti isə Həsənliyə qarşı çıxış edib. Bəzi namizədlər özlərinin də namizəd olduğunu sanki unudaraq, iqtidarda olan Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı prezident İlham Əliyevi müdafiə edib və Həsənliyə “hücum” mövqeyində durub.

Namizədliyini özü irəli sürmüş Zahid Oruc İlham Əliyevi Rusiya çarı 1-ci Pyotrla müqayisə edib. “İlham Əliyev ölkəni hətta 1-ci Pyotrdan da yaxşı qurub”,o qeyd edib.

Milli Şuranın namziədi Cəmil Həsənli İlham Əliyevi yenidən debata çağırıb. “O xalqı özünə yaraşdırmır, debata gəlmir. Özünü şah, xalqı isə rəiyyət kimi görürür. Xalq onun təbəəsi deyil”, o qeyd edib.

Həsənli ölkədəki 10 böyük bankın 7-nin prezident ailəsinin əlində cəmləşdiyini diqqətə çatdırıb, əhali kredit borcları içərisində olduğunu deyib: “Azərbaycan iqtidarı Belorusa krediti 1 faizlə, prezident ailəsinin əlində olan banklar isə Azərbaycan vətəndaşına krediti 33 faizlə verir. Vətəndaşlar kreditləri qaytara bilmir və bəzən intihar edir.”

O, ölkədə qızıl amnistiya elan edəcəyini bəyan edib: “Siyasi, vicdan məhbuslarına, ədalətsiz həbs olunanlara, mülkiyyəti əlindən alılnanlara amnistiya verəcəm. Bunlar Hindistanda Brahmalar kimidir, nəyi görürlərsə insanların əlindən alırlar. Bunların başları ilə mədələri arasınında rabitə itib. Ölkədə 500 min evi qeydiyyatdan keçirməyiblər, ondan rüşvət gözləyirlər. 60 min ev söküblər”.

Həsənli özünə qarşı təhqirlərə də cavab verib: “Mənin kənddə doğulmağıma rəşxəndlə yanaşırlar. Bəli, mən kənddə doğulmuşam, kəndli balası olmuşam. Kəndli balası necə, mən də elə, mal da, qoyun da otarmışam. Əsas harada doğulmaq deyil. Əsas odur ki, adam kimi doğulursan, sonra heyvana çevrilirsən. Bu qəbahətdir.”

İqtidarı müdafiə edən namizədlər İlham Əliyevin prezidentıiyi dövründə 2700-dən çox məktəb, 1 milyondan çox ev tikildiyini, əhalinin sosial durmunun dəfələrlə yaxşılaşdığını vurğulayıb. Ölkədə 1 milyon 300 min insanın bir avtomobili, 200 mindən çox insanın isə bir neçə avtomobili olduğunu qeyd ediblər.

YAP-ın namziədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov Cəmil Həsənlinin dediklərini “şər-böhtan” adlandırıb: “Bu gün Cəmil Həsənlinin sönük bir mitinqinin şahidi olduq.”

Digər namizədlər Dağlıq Qarabağ probleminin həlli yollarından danışıb. “Dağlıq Qarabağın cəbhə hökuməti tərəfindən verilməsi və hazırki hökumətin qaytarmaması barədə bəynatlar yersizdir”-deyə Demokrat Partiyasının namizədi Sərdar Cəlalaoğlu qeyd edib.

Ümid Partiyasının namizədi İqbal Ağazadə seçiciləri dəyişikliyə səs verrməyə çağırıb: “Qarabağsızlığı Qarabağa dəyişək, yoxsulluğu varlı olmağa dəyişək, yalançı siyasəti real siyasətə dəyişək.”

Debatda təhqirlər də yer alıb.
XS
SM
MD
LG