Prezidentliyə namizədlərin İctimai Televiziyanın canlı efirində növbəti, - beşinci debatı da qarşılıqlı ittihamlar şəraitində keçib.
Namizədlərin əksəriyyətinin çıxışları Milli Şurada təmsil olunan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və bu qurumun namizədi Cəmil Həsənliyə qarşı yönəlib. Debatlarda müxalifət rəhbərlərinin və Cəmil Həsənlinin təhqiri və hədələnməsi halları da olub.
Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı prezident İlham Əliyevin Seçki Qərargahının rəhbəri Əli Əhmədov Cəmil Həsənlinin “böhtanlara görə hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacağına az qalıb”, deyə bildirib.
Prezidentliyə namizədlər həmçinin ölkədə səhiyyə, təhsil problemlərindən, maaşların, pensiyaların azlığından, neft pullarının izafi xərclənməsi, inanclı insanlardan siyasi məqsədlərlə istifadə və başqa problemlərə toxunub.
Əli Əhmədov ölkədə sürətli iqtisadi, sosial inkişaf, sabitliyin hökm sürməsindən danışıb.
Onun sözlərinə görə, son 10 ildə 1 milyon 200 min yeni iş yeri açılıb, əmək haqları, pensiyalar dəfələrlə artıb.
“Azərbaycan İlham Əliyevin uğurlu siyasəti nəticəsində sabitlik adasına çevrilib”, o qeyd edib.
Cəmil Həsənli namizədlərin bir çoxunun İlham Əliyevin vəkili rolunda çıxış etdiyini vurğulayıb.
Namizəd Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın deputat mandatı üçün tələb etdiyi rüşvətlə bağlı Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı videoya diqqəti çəkib.
“Gülərqeyt (Gülər Əhmədova nəzərdə tutulur-red) hadisəsi göstərdi ki, rüşvəti alan da, verən də YAP üzvüdür. Bir partiya və onun sədri mandat alveri ilə məşğuldursa nə haqla dövlət başçısı olmaq istəyir. İlham Əliyev parlamentdə yerləri ya satır, ya da peşkaş edir. Bu ən ağır dövləti cinayətdir”, o qeyd edib.
Həsənli ölkədəki monopoliyaları kəskin tənqid edib və dövlət başçısını ittiham edib.
“Azərbaycan bir neçə nəfər tərəfindən icarəyə götürülmüş əraziyə bənzəyir. Bəzən deyirlər monopolist nazirlər var. Ölkədə baş monopolist İlham Əliyevdir. İlham Əliyev ölkəni holdinq kimi idarə edir”, o qeyd edib.