Accessibility links

Müxalifət mitinqə, iqtidar isə müxalifəti üzr istəməyə çağırır [Teledebat - Video]


İctimai Televiziyada keçirilən üçüncü debat qalmaqalsız ötüşüb

Sentyabrın 21-də İctimai Televiziyada Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin növbəti debatı əvvəlki debatdan fərqli olaraq qalmaqalsız ötüşüb.



Debatda prezidentliyə namizəd Zahid Oruc, eləcə də İlham Əliyevi debatda təmsil edən Siyavuş Novruzov öz çıxışlarında Hafiz Hacıyev və Cəmil Həsənlinin xalqdan üzr istəməli olduğunu bildirib.

Ümid partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə ona ayrılmış 6 dəqiqə ərzində seçiciləri ilə görüşlərindən, regionda insanların acınacaqlı vəziyyətdə yaşamalarından danışdıqdan sonra əvvəlki debatda olduğu kimi bu dəfə də studiyanı tərk edib.

Daha sonra İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mais Gülalıyev danışıb. O, çıxışında bildirib ki, problemləri yaradan səbəblərin müəyyən olunması və onların həlli yollarından danışmaq lazımdır.'

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev isə nəyə görə üzr istəməli olduğunu bilmədiyini deyib. Elçibəy hakimiyyəti üzvlərini Xocalı soyqırımında, ermənilərə işləməkdə, müdafiə üçün toplanan qızılları mənimsəməkdə ittiham edib.

Fərəc Quliyev öz növbəsində Azərbaycanın xarici siyasəti məsələsinə toxunub, türk dövlətləri ilə əməkdaşlığın zəruriliyindən danışıb.

Sərdar Cəlaloğlu isə 20 il öncə bir il hakimiyyətdə olduqdan sonra devrilən Elçibəy iqtidarını müdafiə edərək bugünkü debatda həmin komandanın beş üzvünün prezidentliyə namizəd kimi iştirak etdiyini bildirib və daha sonra ölkədə tüğyan edən korrupsiyadan danışıb.

Qüdrət Həsənquliyev Cəmil Həsənlinin iqtidara qarşı aqressiv çıxışlar etməsindən danışıb. Proporsional-majoritar seçki sisteminin qaytarılmasının zəruriliyini deyəndən sonra çıxışını Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin ünvanına ittihamlara həsr edib.

Daha sonra Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli əvvəlki çıxışlarında İlham Əliyev və onun ailə üzvləri haqda beynəlxalq mediada açıqlanan rüşvət və mülklərə dair faktları bir daha xatırladaraq hakimiyyətin bununla bağlı xalqa açıqlama verəcəyinə ümid etdiyini bildirib. O, habelə xalqı sentyabrın 22-də keçiriləcək mitinqə çağırıb.

Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə təhsildən bəhs edib. O, qeyd edib ki, təhsil dövlətin sərəncamında olmalıdır. O, həm də Qarabağ problemini ATƏT vasitəsilə deyil, peşəkar ordu ilə həll edilməsinin vacibliyini qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG