Accessibility links

Güneyli fəal Əlirza Fərşi iki il sürgündə yaşayacaq


Əlirza Fərşi
Əlirza Fərşi

İran Azərbaycanından olan siyasi məhbus Əlirza Fərşinin İranın məhkəmə sistemi tərəfindən ümumi əfv sərəncamı çərçivəsində vaxtından əvvəl azadlığa buraxılmasından sonra Əlirza Fərşi üçün Xuzistan vilayətinin ucqar rayonlarından birində iki illik sürgün cəzasının qüvvədə qaldığı bildirilir.

Fərşinin şəxsi Instagram səhifəsində yazdığına görə, Evin Prokurorluğunun hökmlərin icrası şöbəsinə müraciəti nəticəsində, bu şöbənin məsul şəxsləri hökmün icrası üçün Fərşinin özünü təqdim etməsi və Xuzistan vilayətinə köçürülməsi üçün iki həftə möhlət veriblər.

Əlirza Fərşi iki il İranın cənub-qərbindəki Xuzistan vilayətinin Bağməlik şəhərində sürgündə qalmalıdır.

Əlirza Fərşi Tehranda yaşayan Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindən olan yazıçı və ictimai fəaldır. O, İranda uzun müddətdən bəri apardığı dinc fəaliyyətlərindən dolayı tanınmış türk dil haqları müdafiəçilərindən hesab edilir.

Fərşi Şərif Texnologiya Universitetinin kompüter mühəndisliyi ixtisasında, habelə Tehran Universitetinin həmin ixtisasda magistr məzunudur. Culfa Beynəlxalq Universiteti və Sirac Ali Təhsil İnstitutunda müəllim olan Əlirza Fərşi türk dili hüquqları uğrunda göstərdiyi fəaliyyətlərindən dolayı işinddən uzaqlaşdırılıb.

XS
SM
MD
LG