Accessibility links

Noyabrın 15-də Akif Muradverdiyevin məhkəməsi başlayır


Akif Muradverdiyev
Akif Muradverdiyev

Prezidentin sabiq işlər müdiri qaçaqmalçılıqda ittiham olunur

Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin məhkəməsi üzrə hazırlıq iclası noyabrın 15-nə təyin olunub. Hazırlıq iclası Xəzər rayon məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçiriləcək. Bu Barədə Amerikanın Səsinə vəkil Rəşad Mirmehdizadə bildirib.

Muradverdiyev iyunun 20-də Bakı Hava limanında tutulub. O, Moskvaya gedərkən gömrük və sərhəd keçid məntəqəsini keçdikdən sonra Hava limanının Təhlükəsizlik Xidmətinin rəisinin iş otağına dəvət edilib və əl çantası alınıb. Sonradan əl çantasından qızıl sikkələr aşkar edildiyi bildirilib və həbs edilib.

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin Muradverdiyevə qarşı 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlayıb, Muradverdiyev ittihamı qəbul etmir və qurama adlandırıb.

Akif Muradverdiyev 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi də həbs edilib və dövlət çevrilişinə cəhdə hazırlıqda günahlandırılıb. Sonradan bu ittiham iqtisadi cinayətlərlə əvəz edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. 2008-ci ilin yanvarında Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub və azadlığa buraxılıb.
XS
SM
MD
LG