Azərbaycan prezidentinin keçmiş işlər müdiri, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan Akif Muradverdiyev vəkili Fuad Ağayevin vasitəsilə bəyanat yayaraq “İlham Əliyevə qarşı sui-qəsddə” iştirakı barədə deyilənləri təkzib edib.
Bu ittiham Eynulla Fətullayevin məqaləsində səslənib. Məqalədə bildirilib ki, A.Muradverdiyev baş nazirin keçmiş müavini Abbas Abbasov, iş adamı Telman İsmayılov, LUKoyl-un rəhbəri Vahid Ələkbərov, Milli Şuranın üzvləri Rüstəm İbrahimbəyov, Eldar Namazov və digərləri ilə birlikdə İlham Əliyevə qarşı sui-qəsdin hazırlanmasının iştirakçısı olub. Sui-qəsd guya Rusiya Prezident Administrasiyasının rəhbəri Vyaçeslav Volodin tərəfindən təşkil edilib.
A.Muradverdiyev bu fikirləri uydurma və ağ yalan adlandırıb.
O həmçinin E.Namazovun Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovla görüşməsi barədə istintaqa ifadə verməsi ilə bağlı fikirləri də təkzib edib.
A.Muradverdiyev Volodin və Rusiya hakimiyyətinin digər nümayəndələri ilə əlaqələrini qəti şəkildə təkzib edib.
“Bu cür böyük yalanlar yalnız ikrah hissi doğurur”, o qeyd edib.
Xatırladaq ki, A.Muradverdiyev bu ilin iyununda həbs edilib. O, qızıl məmulatları qaçaqmalçılığında ittiham olunur.