Accessibility links

ABŞ prezidentinin Əfqanıstan səfərinə Taliban hücumla cavab verib


ABŞ prezidenti Barak Obamanın Əfqanıstanı tərk etməsindən iki saat sonra Kabildə bomba hücumu nəticəsində 7 nəfər həlak olub, əksəriyyəti uşaq olmaqla, 17 adam yaralanıb. Kamikadze hücumçusu və qadın paltarı geymiş yaraqlılar beynəlxalq işçilərin yaşadığı əraziyə hücum edib. Saatlarla davam edən atışmadan sonra təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına alıb. Hücumun məsuliyyətini üzərinə alan Taliban bildirib ki, hücum ABŞ prezidentinin səfərinə cavab mahiyyəti daşıyır. Taliban bundan sonra da hücumlar həyata keçirəcəyi barədə təhdidlə çıxış edib.

Hadisə Amerikanın Əfqanıstandakı səfiri Rayan Kroker , NATO və BMT-nin Əfqanıstandakı missiyası tərəfindən kəskin tənqid edilib.

XS
SM
MD
LG