NATO-nun Əfqanıstandakı silahlı qüvvələrinin yüksək səviyyəli ABŞ generalı təhlükəsizlik məsələlərini müzakirə etmək məqsədilə Pakistanın ordu komandanı ilə görüşüb.
Pakistan silahlı qüvvələri şənbə günü general Con Allenin general Əşrəf Pərviz Kayani ilə görüşdüyünü elan edib. Silahlı qüvvələrin bəyanatında görüş zamanı sərhəd bölgələrində əməliyyatlar və xoşagəlməz insidentlərə yol verilməməsi məqsədilə əməliyyatların əlaqələndirilməsi məsələlərinin müzakirə edildiyi deyilir.
Pakistan noyabr ayında NATO-nun sərhəd bölgəsində 24 Pakistan əsgərinin ölümülə nəticələnmiş hava hücumundan sonra ABŞ və NATO-nun Əfqanıstana təchizat yolalrını bağlamışdır.
Generallar arasında şənbə günü baş tutmuş görüş bu ay Çikaqoda NATO-nun Əfqanıstana dair sammitindən öncə ABŞ-Pakistan münasibətlərində gərginliyin azalacağına xidmət edə bilər.