ABŞ prezidenti Barak Obama Əfqanıstana səfər edib. Səfər Əl-Qaidə lideri Üsama Bin Ladenin öldürülüməsinin birinci ildönümünə təsadüf edir. Obama NATO-nun döyüş qüvvələrinin 2014-cü ildə Əfqanıstanı tərk etməsindən sonra strateji əməkdaşlıq razılığı imzalayıb. Görüşdən sonra ABŞ dövlət başçısı Amerika xalqına müraciət edib.
Prezident deyib ki, bizim məqsədimiz Əl-Qaidəni tanmamilə məhv etməkdir. "Biz Əfqanıstan müharibəsini başa vurmaq üzrəyik. 2014-cü ildə koalisiya qüvvələrini Əfqanıstanı tərk etməsindən sonra Əfqanıstanın təhlükəsizlik qüvvələri məsuliyyəti öz üzərinə götürəcək. Biz Əfqanıstanda müstəqil fəaliyyət göstərməyə qadir olan bir orduya nail olmuşuq."
Üsama Bin Laden 2011-ci ilin may ayının 2-də öldürülmüşdü. İllərlə sürən axtarışdan sonra o, Pakistanın Abbotabad şəhərində aşkar edilmişdi.
ABŞ prezidenti Barak Obama Əfqanıstan səfəri 7 saat sürüb.