Avropa Birliyi Tehranın Evin həbsxanasında saxlanılan İran dissidenti Əkbər Məhəmmədinin ölümündən narahat olduğunu bildirir. Məhəmmədi aclıq aksiyası zamanı ölmüşdü.
AB İran hökumətini Məhəmmədinin zindanda düzgün tibbi yardım almadığı barədə iddiaları araşdırmağı tələb edir. Bəyanatda həmçinin Avropa Birliyinin İranda müxalifət liderlərinə qarşı təzyiqlərdən narahat olduğu bildirilir.