İran Azərbaycanının futbol təmsilçisi Traktor komandası Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində Səudiyyə Ərəbistanın Əl-Təavun komandasına penaltilər seriyasında məğlub olaraq turnirdən kənarda qalıb.
Martın 11-də Səudiyyə Ərəbistanının Bureydə şəhərində keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Traktorun qollarını Rikardo Alvez və Domaqoy Drojdek, Əl-Təavunun qollarını isə Musa Barro və Sultan Məndəş vurub.
Penaltilər seriyasında Traktorun iki futbolçusu zərbəni dəqiq yerinə yetirə bilməyib və İran azərbaycanının klubu 4:2 hesabı ilə məğlub olub. Bu nəticə ilə İran Azərbaycanının yeganə təmsilçisi Asiya Çempionlar Liqasında mübarizəsini dayandırıb.
İranın digər komandaları da turnirdə uğursuz çıxış etdikdən sonra Traktor Azərbaycan Asiya Çempionlar Liqası 2-də ölkənin təmsilçisi hesab olunurdu.
Bu, ilk dəfə idi ki, Traktor komandası Asiya yarışlarında dörddəbir final mərhələsinə yüksəlirdi.
Bununla belə, Traktor hazırda İran Premyer Liqasının turnir cədvəlində lider mövqeyini qoruyur. 21 oyundan 45 xal toplayan Təbriz klubu çempionluq uğrunda mübarizəni davam etdirir. Onu Sepahan və Persepolis komandaları sıx təqib etsə də, Traktor hələlik zirvədə qalır.
Forum