Accessibility links

Samir Aşurov həbsxanada ürək ağrılarından şikayətlənir


Samir Ashurov
Samir Ashurov

Azərbaycanda həbsdə olan siyasi fəal Samir Aşurovun səhhəti ilə bağlı şikayətləri olduğu bildirilir. Bu barədə martın 4-də onun həyat yoldaşı Nura Aşurova Facebook səhifəsində yazıb.

Aşurovanın dediyinə görə, fəal ürək ağrılarının artmasından və müalicə ilə təmin olunmamasından şikayətçidir.

“Samir Almaniyada 2021-ci ilin yanvar ayında infarkt keçirib və ürəyindən əməliyyat olunub. Onun həm də şəkəri var və nəfəs darlığından əziyyət çəkir. Samir ancaq həkim nəzarəti altında olmalıdı. Keçən il Qızıl Aypara Cəmiyyətinə müraciət etdim, həkim göndərdilər. Həkim baxan kimi Samirin təcili xəstəxanaya yerləşdirilməli olduğunu desə də, əhəmiyyət verən olmadı. Məhbusun həyatını heçə sayırlar” - deyə, o bildirib.

Aşurova əlavə edib ki, həyat yoldaşının səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əlaqə saxlamağa çalışsa da alınmayıb. Qızıl Aypara Cəmiyyətinə yenidən etdiyi müraciətə cavab olaraq isə bildirilib ki, onlar artıq fərdi şəkildə həbsxanalara gedə bilmirlər.

“Samir Aşurov təcili olaraq tibb məntəqəsinə yerləşdirilməlidir. Ürək sizin üçün qızdırma və ya soyuqdəymə deyil ki, deyəsiniz keçib gedəcək. İnsan həyatından söhbət gedir. Türmədə olan baytar həkimi Samiri yoxlayaraq deyib ki, sənin heç nəyin yoxdu, yaxşısan. Sonra isə deyib ki, sən ürəyindən əməliyyat olunmusan, kardeoqaramada göstərir. Keçən il də Samir şəkər olduğu üçün ayaqları yara səpmişdi, yenə də baytar həkimi baxıb deyib ki, sənin şəkərin yoxdur. Halbuki Samir Almaniyanın Rosenberg şəhərində şəkər xəstəxanasında qeydiyyatda idi”, o qeyd edib.

Samir Aşurov 2023-cü il martın 29-da Almaniyadan deportasiya olunub, 20 gün sonra Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi - xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Həmin il iyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələrilə təqsirli bilərək 6,5 il azadlıqdan məhrum edib. 2024-cü il fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər bir neçə min nəfərin readmissiyası artıq baş tutub.

2022-ci ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunub.

Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG