Accessibility links

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO tədbirində iştirak edib


NATO Baş Qərargah rəislərinin iclası (Mənbə: Müdafiə Nazirliyi)
NATO Baş Qərargah rəislərinin iclası (Mənbə: Müdafiə Nazirliyi)

Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.

Bu barədə yanvarın 16-da Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, NATO-nun üzv və tərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iştirakı ilə keçirilən iclasda çıxış edən general-polkovnik Vəliyev Azərbaycanın NATO ilə əməkdaşlığının inkişaf perspektivləri, Qətiyyətli Dəstək Missiyası və digər əməliyyatlarda fəaliyyəti, habelə Azərbaycan Ordusunun NATO-nun keçirdiyi müxtəlif təlim və tədbirlərdə əldə etdiyi təcrübədən danışıb.

Azərbaycanın Avro-Atlantik məkanında və onun hüdudlarından kənarda sülhə və təhlükəsizliyə daim töhfə verdiyini qeyd edən Vəliyev ölkəsinin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş tərəfdaş kimi beynəlxalq sülhə və təhlükəsizliyə daha çox töhfə vermək niyyətində olduğunu bildirib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev NATO-nun Baş Qərargah rəislərinin iclasında (Mənbə: Müdafiə Nazirliyi)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev NATO-nun Baş Qərargah rəislərinin iclasında (Mənbə: Müdafiə Nazirliyi)

NATO-nun Azərbaycanla əməkdaşlığı əks etdirən rəsmi məlumatında deyilir ki, NATO Azərbaycanla təhlükəsizlik, müdafiə islahatları və terrorla mübarizə də daxil olmaqla, bir çox sahələrdə əməkdaşlıq edir. Ölkənin islahatlar səylərinə dəstək NATO üçün prioritetdir.

NATO ilə münasibətlər 1992-ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv olması ilə başlayıb. İkitərəfli əməkdaşlıq isə Azərbaycanın 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulması ilə başlayıb.

NATO və Azərbaycan 2008-ci ildə NATO standartlarını ölkənin Peşəkar Hərbi Təhsil (PME) müəssisələrinin tədris metodologiyalarına və kurikulumlarına inteqrasiya etmək üçün birgə razılaşdırılmış Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı (DEEP) üzərində işə başlayıb.

DEEP həmçinin Azərbaycanda yeni yaradılmış dil tədris mərkəzini dəstəkləyir.

1999-2008-ci illərdə Azərbaycan qoşunları NATO-nun Kosovodakı sülhməramlı qüvvələrinin tərkibində olub.

Azərbaycan 2002-ci ildən 2014-cü ilədək, NATO-nun rəhbərlik etdiyi əməliyyatın sonuna qədər Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə fəal dəstək verib. Ölkə həmçinin təlim, məsləhət və yardım məqsədilə növbəti Qətiyyətli Dəstək Missiyasını dəstəkləyib. Əfqanıstan təhlükəsizlik qüvvələri və NATO-nun Əfqanıstan Milli Ordusu Etimad Fonduna töhfə verib.

Azərbaycan hazırda NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesi, əməliyyatlarda iştirak, meydana gələn təhlükəsizlik təhdidləri kimi aktual məsələlər müzakirə olunur və onlara dair fikir mübadiləsi aparılır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG