Accessibility links

Türkiyə və Ermənistan ikitərəfli məsələləri müzakirə edib


Hakan Fidan və Ararat Mirzoyan (Mənbə: Erm'nistan XIarici Işlər Nazirliyi)
Hakan Fidan və Ararat Mirzoyan (Mənbə: Erm'nistan XIarici Işlər Nazirliyi)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Ermənistan Xarici İşlər Nazirliyinin X Platformasında yayılan məlumata görə, dekabrın 31-də nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və beynəlxalq məsələləri müzakirə ediblər.

Telefon danışığının detalları ilə bağlı məlumat verilmir.

Türkiyə Xarici İşlər Nazirliyi isə telefon danışığı barədə hələ məlumat yaymayıb.

Xatırladaq ki, son illərdə iki ölkə əsasən Ermənistan-Türkiyə sərhədlərinin açılması və Azərbaycanla Ermənistan arasında sülh prosesi ətrafında müzakirələr aparır.

Türkiyə Ermənistanın müstəqilliyini tanımasına baxmayaraq, 1991-ci ildən sərhədlər bağlanıb. İki ölkə 2009-cu ildə sərhədin yenidən açıla biləcəyini nəzərdə tutulan Sürix Protokolunu imzalayıb. Ancaq sonra danışıqlar dayandırılıb və sərhəd yenə qapalı qalıb. 2020-ci ildə Azərbaycan Ermənistanın nəzarətində olan ərazilərini suverenliyinə qaytardıqdan sonra Ermənistan və Türkiyə arasında sərhədlərin açılması yenidən gündəmə gəlib. Bu sahədə danışıqlar Azərbaycan və Ermənistan arasında sülh prosesi danışıqları ilə paralellik təşkil edir.

Forum

XS
SM
MD
LG