Suriyada Bəşar əl-Əsəd hökumətinin süqutundan sonra yaranmış humanitar problemlərlə əlaqədar olaraq Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, yardım konvoyu 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir.
“Konvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq”, o qeyd edib.
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 29-da Dəməşqdə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə bildirib ki, 12 illik fasilədən sonra çox yaxın zamanda bu ölkənin Suriyada səfirliyi fəaliyyətini bərpa edəcək.
Nazir Əş-Şibani yeni Suriya hakimiyyətinin əsas hədəfinin qonşu dövlətlərlə sülh içində yaşamaq və ölkə daxilində bütün tərəflərlə dialoq vasitəsilə milli birliyin əldə edilməsi olduğunu bildirib.
Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd edib.
Forum