Sərdəri, gecələr 35 min, gündüzlər isə sənaye və emalatxanaların fəaliyyəti ilə 60 min nəfərə çatan əhalisi ilə Təbrizin yaxınlığında yerləşən bu şəhər ciddi ekoloji və infrastruktur problemlərindən əziyyət çəkir. Səhənd dağlarının ətəklərində, Təbrizin yaxınlığında yerləşən və dəyərli xalçaları ilə tanınan bu şəhər, əhalisinin rifahı üçün zəruri olan bir sıra şəhər xidmətlərindən məhrumdur.
Yarı-rəsmi İSNA xəbər agentliyinin yaydığı məlumata görə, Sərdəri bələdiyyə başqanı Məhəmmədəli Mövlaxah son mətbuat konfransında bildirib ki, şəhər dörd iri çirkləndiricinin elektrik stansiyası, neft-kimya zavodu və sənaye bölgələrinin yaxınlığında yerləşir və kanalizasiya şəbəkəsinin olmaması sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bələdiyyə başqanı əlavə edib ki, Təbrizə yaxın olmasına baxmayaraq, Sərdəri kanalizasiya şəbəkəsindən məhrumdur. Bu, şəhərin qarşılaşdığı dörd əsas problemdən biridir.
Mövlaxah yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlara da toxunaraq qeyd edib ki, şəhərdə yanğınsöndürmə binası tikilsə də, avadanlıq və yanğınsöndürmə maşınlarının olmaması səbəbindən təhlükəsizlik riski artmışdır. O, binanın tam fəaliyyət göstərə bilməsi üçün 5 avadanlıqlı yanğınsöndürmə maşınına ehtiyac olduğunu bildirib və bu avadanlıqların şəhərin təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.
Bələdiyyə başqanının diqqət çəkdiyi digər əsas problem şəhərin əsas küçə layihəsidir. Mövlaxah qeyd edib ki, bu layihə artıq 25 ildir tamamlanmır. Torpaq sahələrinin alınması üçün indiyədək 200 milyard tümən xərclənib, lakin layihənin tam başa çatması üçün əlavə 350 milyard tümən tələb olunur.
Rəsmi olaraq Sərdrud, xalq arasında isə Sərdəri adı ilə tanınan bu şəhər sənaye çirklənməsi, təhlükəsizlik avadanlıqlarının çatışmazlığı və yarımçıq qalmış infrastruktur layihələri səbəbindən şəhər sakinlərinin rifahına ciddi mənfi təsir göstərir.
Sakinlərinin bir çoxunun dəyərli süjetli xalça toxumaqla məşğul olduğu Sərdəri, iqtisadi və mədəni potensialına baxmayaraq, əsas infrastrukturun olmaması səbəbindən müasir şəhər standartlarından geri qalır.
Forum