ABŞ-ın Silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə dövlət katibliyi noyabrın 16-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP 29) Ukraynanın energetika naziri German Qaluşenko ilə birgə Kiçik Modul Reaktor Texnologiyasının Məsuliyyətli İstifadəsi üzrə Əsas İnfrastruktur (FIRST) proqramı çərçivəsində üç layihə üzrə tərəfdaşlığını elan edib.
Bu barədə ABŞ-ın Silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə dövlət katibinin müavini Bonnie Denise Jenkins X Platformasından məlumat yayıb.
“Bu tərəfdaşlıqlar Ukraynanın təhlükəsiz nüvə enerjisi və sənaye dekarbonizasiyasında lider rolunu oynamasına kömək edəcək”, o qeyd edib.
Forum