Accessibility links

Məhkəmə "Toplum TV" işi üzrə həbsdə olanların apellyasiya şikayətini təmin etməyib


"Toplum TV" işi üzrə həbs olunanlar 2024-cü ilin 6 yanvarına kimi həbsdə saxlanıldı
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsi "Toplum TV" işi üzrə Xətai Rayon Məhkəməsinin 3 oktyabr tarixli qərarlarından verilən şikayətlərə baxıb.

Məhkəmə bu iş üzrə həbsdə olan Əli Zeynalovun, Müşfiq Cabbarın, Ramil Babayevin, Akif Qurbanovun, Ruslan İzzətlininin və İlkin Əhmədovun şikayətini təmin etməyib.

Bu barədə onların vəkilləri Amerikanın Səsinə bildirib.

"ToplumTV"nin təsisçisi Ələsgər Məmmədlinin şikayətinə isə hələ baxılmayıb.

Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi istintaqın "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barəsində vəsatətini təmin edib.

Məhkəmə "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri və "III Respublika Platforması"nın spikeri Akif Qurbanovun, Platformanın qurucu heyət üzvü Ruslan İzzətlinin, "Demokratik Təşəbbüslər İnstitutu"nun əməkdaşları Əli Zeynalovun və İlkin Əmrahovun, "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədlinin və "Toplum TV"nin əməkdaşı, jurnalist Müşfiq Cabbarın və Ramil Babayevin həbs müddətini daha 3 ay, 2025-ci il yanvarın 6-dək uzadıb.

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb.

"Toplum TV"nin ofisinin qapısı möhürlənib. Bu qurumun jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynalova, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində həbs qətimkan tədbiri seçib.

"Toplum TV" işi üzrə günahlandırılanların hamısı Cinayət Məcəlləsinin 206.3.2 (xarici valyuta qaçaqmalçılığı) maddəsilə ittiham olunur.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG