Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də, MDB sammiti öncəsi Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov oktyabın 7-də brifinqdə məlumat verib.
"Görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq", Uşakov qeyd edib.
Azərbaycan və Ermənistan tərəfindən bu barədə hələlik rəsmi açıqlama verilməyib.
Bundan əlavə, Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərə gəlib.
24 sentyabr 1993-cü ildə MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilib.
Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə əməkdaşlıq həyata keçirir.
Azərbaycan hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir.
Forum