Artıq 4 il yarımdır ki, Azərbaycan quru sərhədlərini bağlı saxlayır. Bəs quru sərhədlərin bağlı qalması əhalinin iqtisadi durumuna necə təsir göstərir? İqtisadçı Xalid Kərimli deyir ki, hər hansısa məhdudlaşma tədbirləri ümumilikdə ölkənin iqtisadiyyatı üçün zərərli prosesdir.